Diaspor Jurnalistləri Birliyi yaradılıb
Tarix: 08.01.2014 | Saat: 15:18:00 | E-mail | Çapa göndər


Azərbyacanda diaspor mövzusunda yazan jurnalistləri bir araya gətirəcək yeni təşkilat yaradılıb. Diaspor Jurnalistləri Birliyi adlanan qurumda ölkənin müxtəlif qəzet və portallarında fəaliyyət göstərən mətbuat nümayəndələri təmsil olunur. Təşkilatdan verilən məlumata görə, diaspor mövzusundan yazan bir qrup jurnalist 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bir araya gələrək DJB-ını yaratmaq qərarına gəliblər. DJB-ın məqsədi ölkə mediasının diaspor mövzusuna diqqətini artırmaq, xaricdəki Azərbaycan diaspor təşkilatları ilə əlaqələr qurmaq, onların fəaliyyətini cəmiyyətə çatdırmaqdır. Bundan başqa təşkilat xarici ölkələrin nüfuzlu KİV-lərində çalışan jurnalistlərlə əlaqələr qurmaq, bu yolla Azərbaycan həqiqətlərinin ayrı-ayrı ölkələrin KİV-lərində yayılmasına nail olmaq istiqamətində də fəaliyyət göstərəcək. Təşkilatın öz planalarını daha aktiv həyata keçirməsi üçün ən qısa zamanda xarici ölkələrdə özəklərinin yaradılması nəzərdə tutulub. DJB-dən o da bildirilib ki, birliyin təşkilati və hüquqi proseduraları başa çatdıqdan sonra onun cəmiyyətə təqdimatı olacaq.

Fuad




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info