ADA-da “Təfəkkür, cəmiyyət və transformativ təhsil” mövzusunda konfrans
Tarix: 08.01.2014 | Saat: 15:55:00 | E-mail | Çapa göndər


Azərbaycan Diplomatik Akademiyasında (ADA) bu ali məktəbin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Təfəkkür, cəmiyyət və transformativ təhsil” mövzusunda konfrans keçirilib.
Konfransın açılışında xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev çıxış edərək Azərbaycan dövlətinin ölkədə təhsilin inkişafına hərtərəfli diqqət və qayğısından danışıb. Bildirib ki, Azərbaycan dövləti müəllimlərə xüsusi hörmət və ehtiramla yanaşır, onların cəmiyyət və xalq qarşısında əvəzsiz xidmətlərini yüksək qiymətləndirir.
Rektor qeyd edib ki, gələcəkdə akademiyanın tərkibində orta məktəbin açılması planlaşdırılır.
Tədbirdə çıxış edən Harvard Universitetinin sabiq professoru Eleanor Dakvort təhsil tədqiqatçısı kimi bütün yaş qruplarının, müəllimlərin və şagirdlərin həm məktəbdaxili, həm də məktəbdənkənar tədris və təcrübəsi ilə maraqlandığını bildirib. O, həmçinin ABŞ, Avropa, Asiya, Afrika ölkələrində pedaqoji təhsilin və proqramın qiymətləndirilməsini həyata keçirdiyini diqqətə çatdırıb.
“Brokvud Park” məktəbinin müdiri Qopal Krişnamurti, ABŞ-ın İllinois Universitetinin tanınmış professoru Uilliam Ayers, Vinçester Universitetinin professoru Simon Boksli və başqaları təhsil, cəmiyyət, gənclik, təhsil və tədrisə müasir və innovativ yanaşma, kurikulumun və təhsil siyasətinin formalaşdırılması, tələbələrin yaradıcı və tənqidi keyfiyyətlərinin inkişaf etdirilməsi və digər mövzularda çıxış ediblər.
Tədbirdə, həmçinin Azərbaycan Diplomatik Akademiyasının tədris işləri üzrə prorektorunun müavini Şəmsiyyə Mustafayeva, ADA-nın Təhsil və Dillər İnstitutunun dekanı Vəfa Kazdal, bakalavr mərhələsinə tələbə qəbulu üzrə direktor müavini Firuzə Əliyeva orta məktəb müəllimləri ilə Azərbaycan təhsilinin bugünkü inkişaf səviyyəsi ilə bağlı müzakirələr aparıblar.
Konfrans öz işini “Təbiətdə transformativ təhsil”, “Məktəb, kurikulum, təhsil siyasəti”, “Birlikdə öyrənmə və düşünmə”, “Təhsil siyasəti, kurikulum tərtibatı və gələcək addımlar” və s. mövzular ətrafında çıxışlar və müzakirə panelləri ilə davam etdirib.
İki gün davam edən konfrans iştirakçılarla sual-cavab, açıq müzakirələrlə başa çatıb.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info