Metropoliten 5 stansiyanın tikintisini davam etdirir
Tarix: 08.01.2014 | Saat: 19:30:00 | E-mail | Çapa göndər


Bakı Metropoliteni Cəlil Məmmədquluzadə küçəsində (Heydər Əliyev adına İdman Kompleksinin ərazisində) "B-04" stansiyasının tikintisinə başlamaq üçün hazırlıq işlərini başa çatdırır.
“Palitra”nın Metropolitenin rəsmi saytına istinadən verdiyi məlumata görə, tikinti ərazisinə düşən obyektlərin köçürülməsi üzrə işlər demək olar ki, yekunlaşıb.
Torpaqların alınması ilə bağlı problemin ən bariz nümunəsi şəhərin mərkəzidir. Burada məsələ qlobal xarakter daşıyır. Məlumatda nümunə qismində "B-5" stansiyası (Füzuli küçəsi) göstərilir. Bu stansiyanın tikintisi ilə bağlı bütün problemlərin həlli 2014-cü ildə gözlənilir.
Ceyhun Səlimov küçəsində yeni stansiyanın tikintisinə gəlincə, obyektlərin köçürülməsi və 2013-cü ildə tikintiyə hazırlıqla bağlı bütün məsələlər paralel həll edilib. Tunelin çəkilməsi üzrə kompleksin quraşdırılmasına hazırlıq işləri başa çatıb.
Ötən il ərzində Metropoliten "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarının tikinti işlərinin yeni mərhələsinə qədəm qoyub.
Bütün beş stansiya Bakı Metropoliteninin yeni "bənövşəyi" xəttinin hissəsi olacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info