Türkiyə generalları Bakıya gəlib
Tarix: 08.01.2014 | Saat: 21:44:00 | E-mail | Çapa göndər


Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq proqramına əsasən Bakıda səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, korpus generalı Atilla Gülanın rəhbərlik etdiyi qardaş ölkənin Silahlı Qüvvələrinin general və admirallarından ibarət nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Türkiyə Silahlı Qüvvələrinin ali rütbəli zabitlərini salamlayan müdafiə naziri ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin yüksələn xətlə inkişaf etdiyini və hər iki tərəf üçün faydalı olduğunu diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan general-polkovnik Zakir Həsənov işğal edilmiş torpaqlarımızın azad edilməsinin bölgə üçün vacibliyini vurğulayıb. Nazir Azərbaycan tərəfinin işğal faktı ilə barışmayacağını bildirib. Qonaqlar ölkəmizə səfərdən məmnun qaldıqlarını bildirərək Azərbaycan-Türkiyə qarşılıqlı münasibətlərinin möhkəmlənməsində belə görüşlərin rolundan və əhəmiyyətindən danışıblar. Daha sonra regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi, briqada generalı Hasan Nevzat Taşdeler iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Qobustan qəsəbəsinin problemləri həll edilir
23.01.2019
Qazaxda uşaq bağçası əsaslı təmirdən sonra balacaların ixtiyarına verilib
23.01.2019
Gəncədə müasir tipli iki yeni qəsəbə salınacaq
23.01.2019
Nəsimi rayonu 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində ilin yekunları
23.01.2019
Ağstafada 9,3 kilometrlik avtomobil yolu yenidən qurulur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info