“Bu gün İtaliya cəmiyyətində Azərbaycana isti və müsbət münasibət var”
Tarix: 08.01.2014 | Saat: 22:36:00 | E-mail | Çapa göndər


Həsən İsgəndərov: “İtaliyada Azərbaycanı böyük mədəniyyətə və tarixə malik ölkə kimi tanıyırlar”

Müsahibimiz Həsən İsgəndərov ikiqat Azərbaycan Respublikasının Prezident Mükafatçısıdır. O, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində İtaliyanın Roma şəhərində təhsil alıb. Öz ömrünü incəsənətə həsr edən H.İsgəndərov artıq 6 ildir ki, Romada yaşayıb yaradır. Xatırladaq ki, H.İsgəndərov 2013-cü ildə İtaliya dövlət başçısı tərəfindən keçirilən milli mükafat müsabiqəsinin finalçısıdır.
-Sizcə, hansısa xarici ölkədə təhsil alandan sonra elə orada qalıb işləmək, yoxsa qayıdıb Vətəndə işləmək yaxşıdır?
-Burada ümummilli lider Heydər Əliyevin bir çıxışı yadıma düşdü. Bir dəfə ulu öndər xaricdə yaşayan gənclərlə görüş keçirirdi. O hər bir gəncdən fərdi olaraq harada yaşadığı və hansı sahə üzrə fəaliyyət göstərdiyi barədə maraqlanırdı. Orada müxtəlif ölkələrdə yaşayan gənclər var idi. Nəticə olaraq ümummilli liderimiz dedi ki, gənclər vətənə onun təşəbbüsü ilə gəliblər. Hələ keçmiş SSRİ dövründə yüksək vəzifələrdə çalışarkən onun ən böyük arzularından biri o olub ki, Azərbaycan gəncləri dünyanın müxtəlif ölkələrində təhsil alsınlar. Sonra bildirdi: “Mən çox qürur duyuram ki, mənim təşəbbüsümlə bura gəlmisiz. Mən fəxr edirəm ki, sizlər dünyanın müxtəlif ölkələrində yaşayıb yaradırsınız. Mənim ən böyük arzum o idi ki, azərbaycanlılar dünyanın bütün ölkələrində yaşasınlar”. Mən də nəticə olaraq hesab edirəm ki, İtaliya incəsənətin beşiyidir. Mənim də sənətim incəsənətlə bağlı olduğu üçün bura mükəmməl ölkədir. Amma bir azərbaycanlı olaraq ən böyük arzumdur ki, 6 ildir burada yiyələndiyim elmi vətənimdə gələcək nəsillərə ötürüm.
- İtaliyada Azərbaycanın tanınması istiqamətində hansı işlər görürsünüz?
-Mən istəyərdim ki, bu sualı bir az ətraflı cavablandırım. Tam səmimi olaraq sizə deyirəm, 7 il bundan öncə İtaliyanın universitetlərinə qardaşımla imtahan verməyə gələndə, biz İtaliyanın 5 şəhərində 9 universitetin təhsili ilə maraqlandıq. 7 universitetə imtahan verdik və bütün universitetlərə müvəffəqiyyətlə qəbul olduq. Sizə açıq deyirəm ki, o zaman Azərbaycan haqqında İtaliya ictimaiyyətində məlumat az idi. Yəni təsəvvür edin ki, 9 universitetin heç birində Azərbaycan barədə heç bir məlumat yox idi. Son dörd ilə nəzər salanda İtaliya cəmiyyətində Azərbaycan haqqında kifayət qədər məlumat var və Azərbaycanın imicinə çox müsbət yanaşılır. Bu, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin təbliğatı sahəsində gördüyü işlərin nəticəsidir. Yəni, qeyd etmək istəyirəm ki, əgər keçmiş on illiyə baxanda ölkəmizi ancaq İtaliyanın yüksək siyasi yerlərində tanıyırdılarsa, bu gün İtaliya cəmiyyətində Azərbaycana isti və müsbət münasibət var. Bundan savayı onu bildirmək istəyirəm ki, biz Azərbaycanın təbliğatı sahəsindəki bütün tədbirləri Azərbaycan Respublikasının İtaliyadakı səfiri Vaqif Sadıqovun həm maddi, həm də mənəvi dəstəyi ilə keçiririk. Bundan başqa istəyərdim ki, Azərbaycan cəmiyyətinə bir neçə əsas məqamları çatdırım. Məhz Vaqif müəllimin uzun müddət danışıqlarının zəhməti sayəsində Bakı-Roma aviareysi təşkil olunub. Əgər 7 il bundan əvvəl İtaliyanın universitetlərinin Azərbaycan barədə məlumatı yox idisə, Vaqif müəllim səfir təyin olunandan sonra İtaliyanın bütün universitetlərini ziyarət edib "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" barəsində məlumat verib. Ən əhəmiyyətlisi odur ki, universitetlərin rektorlarının Azərbaycana səfərini təşkil edib. Artıq bu gün bizim səfirimiz bütün universitetlərlə sıx əməkdaşlıq edir. İtaliyadakı səfirimizin təşəbbüsü ilə burada təhsil alan tələbələrimizin təşkilatı yaradılıb.
- İtaliyadakı diasporumuzun bu ölkənin ictimai-siyasi mərkəzlərinə təsir imkanları necədir?
- Bu sahədə iki məqama diqqət yönəltmək istəyirəm. Birincisi, Azərbaycanın İtaliyadakı səfirliyi insan sayına görə dünyanın ən böyük təşkilatlarından biri sayılan “Giovani nel mondo” təşkilatıyla çox sıx əməkdaşlıq edir. Bundan əlavə gənclərimiz Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAIF) ailəsi olaraq Azərbaycanın təbliğatı istiqamətində çox böyük işlər görür. Sonuncu tədbirlərdən biri “Voices for Karabakh” kampaniyasıdır. Bu ad altında Romanın mərkəzində tədbir keçirilib. Kampaniyanın əsas məqsədi dünya əhalisininin diqqətini nəinki Qarabağ müharibəsinin günahsız qurbanlarına, həmçinin dünyada hazırda davam edən bütün digər münaqişələrə yönəldərək məcburi şəkildə evlərindən didərgin salınmış və köçkün həyatına məhkum edilmiş minlərlə insanların taleyi barədə düşünməyə və hərəkətə keçməyə dəvət etməkdir. Bunun üçün ASAİF-in sədri Ramil Həkimova və İtaliyada təhsil alan bütün tələbələrə minnətdarlığımı bildirirəm.
-İtalyanlar Azərbaycanı necə tanıyırlar?
-Bildiyiniz kimi, İtaliya böyük tarixə və zəngin mədəniyyətə malik olan ölkədir. Mən çox şadam ki, bu gün İtaliyada Azərbaycanı böyük mədəniyyətə və tarixə malik olan ölkə kimi tanıyırlar.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info