Elə ixtisas seçin ki, gələcəkdə iş tapmaq asan olsun
Tarix: 08.01.2014 | Saat: 22:41:00 | E-mail | Çapa göndər


Azərbaycan təhsili son dövrlərdə bir sıra kriteriyalar baxımından sürətli inkişaf dövrünü yaşayır. Buraya təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi, xaricə dövlət proqramı əsasında kütləvi sayda tələbələrin göndərilməsi, yeni-yeni məktəblərin tikintisi və sair məsələlər daxildir. Bununla belə, Azərbaycan təhsilində həll edilməsi vacib olan bir sıra problemlər hələ də qalmaqdadır. Buraya birinci növbədə ölkə ali təhsilində hələ həll edilməsi vacib olan bir sıra məsələlər aid edilməlidir. Belə ki, yüksək səviyyədə mütəxəssis və kadr hazırlığı insan kapitalının formalaşdırılması baxımından həyati önəm kəsb edir.
Bu baxımdan ali təhsilin səviyyəsinin yüksəldilməsi ön plana çıxır. Bunun üçün isə ilk növbədə ali təhsil sahəsində olan problemlərin ciddi müzakirəsi lazımdır. Bu problemlərin çoxu ictimaiyyət və təhsil işçiləri üçün tam aydın deyil. Bu barədə olan informasiya qıtlığı də həmin problemlərin mahiyyətinin nələrdən ibarət olması və onların aradan qaldırılması yolları barədə geniş müzakirələrin aparılmasına imkan vermir. Beləliklə, bu problemlər geniş ictimai müzakirələrdən kənarda qalmış olur.
Araşdırmalar göstərir ki, ali təhsil sahəsində olan problemlərə kadr hazırlığı strukturunun əmək bazarının tələbatını tam ödəməməsi, elmi-tədqiqatların nəticələrinin ali təhsilə zəif inteqrasiyası, ali təhsilə ayrılan vəsaitlərin səmərəsiz istifadəsi; ali təhsil müəssisələri şəbəkəsinin təkmil olmaması; ali məktəblərin kadr potensialı və müəllimlərin ixtisasartırma təhsilinin müasir tələblərə cavab verməməsi, ali məktəb tələbələri və məzunlarının hazırlıq səviyyəsinin onların dünya təhsil məkanına çevik inteqrasiyasına imkan verməməsi, ali və orta ixtisas təhsili istiqamətlərinin və magistr proqramlarının köhnəliyi, bakalavr və magistratura pillələrində bir çox ixtisaslar üzrə dərslik çatışmazlığı və köhnəliyi, tələbələrin tədris olunan fənləri mənimsəmə səviyyəsini müəyyənləşdirən monitorinq mexanizmi olmadığından onların biliyinin qiymətləndirilməsində qeyri-obyektivliyə yol verilməsi, magistr hazırlığının məzmununa aid dövlət təhsil standartlarının hazırlanması problemi, kadr hazırlığında fəal interaktiv təlim metodlarından kifayət qədər istifadə edilməməsi,universitet müəllimlərinin peşəkarlıq səviyyəsini müəyyən edən mexanizmin olmaması, universitetlərin fəaliyyətini tənzimləyən normativ sənədlərin kredit sisteminin tətbiqi ilə bağlı müvafiq sənədlərə uyğunlaşdırılmaması, Boloniya prosesində tələbələrin və digər iştirakçıların rolunun yetərli olmaması və sair aiddir.
Həmçinin ali təhsil almaq və gələcəkdə öz ixtisası üzrə mütəxəssis kimi formalaşmaq istəyən gənclərin, yeniyetmələrin və onların valideynlərinin də bu baxımdan maarifləndirilməsi, bilgiləndirilməsi olduqca aktualdır. O da məlumdur ki, Azərbaycanda hökumət tərəfindən gənclərin texniki peşə seçimi ilə bağlı bir sıra qanunlar, dövlət proqramları var və bu sahədə hökumət tərəfindən digər addımlar da atılır. Bununla yanaşı, qeyd olunan problemin həllində görüləsi işlər kifayət qədərdir. Mütəxisslərin fikirincə, orta məktəbdə təhsil alan şagirdlərin gələcək peşə seçimiylə bağlı maarifləndirilməməsi bazar iqtisadiyyatının tələblərinə cavab verə bilməyən istər texniki peşə, istərsədə ali təhsil ocaqlarının ixtisalarına düzgün seçim etməməsi ilə nəticələnir, bu da gənclərin gələcək həyatında işsizliyə düçar olmasına və onların cəmiyyətin bir parçasına çevrilməsinə mane olur. Bu baxımdan gənclərin peşə və ali təhsil ocaqlarının ixtisaslarına yiyələnməsi sahəsində maarifləndirilməsinə ehtiyac var. Şagirdlərin texniki peşə məktəblərinə və ixtisaslarına üz tutmağa laqeyd yanaşması da bu sahədə maaarifləndirmənin yetərincə olmaması faktını göstərir.
Bu baxımdan gənclər arasında bazar iqtisadiyyatının tələblərinə cavab verən peşə və ali təhsil ocaqlarının ixtisaslarına yiyələnməsi üçün orta məktəb, lisey, internat, peşə məktəb şagirdləri və bu məktəbləri bitirmiş şagirdlərin maarifləndirilməsi olduqca vacibdir.
Gənclərin bazar iqtisadiyyatının tələblərinə uyğun peşə və ali təhsil ocaqlarında olan ixtisalara düzgün istiqamətləndirilməsi, bu baxımdan günün tələbidir. Qeyd etdik ki, ölkədə hökumət tərəfindən gənclərin texniki peşə və seçimi ilə bağlı bir sıra qanunlar və dövlət proqramları var və bu sahədə hökümət tərəfindən digər addımlar da atılır. Azərbaycan Respublikasında texniki - peşə təhsilinin inkişaf konsepsiyası (2007- 2012-ci illər) dövlət proqramının qəbul edilməsi, maddi-texniki bazanın gücləndirilməsi də peşə müəssisələrinin inkişafında böyük rol oynayıb. Müasir bazar tələblərinə uyğun orta səviyyəli mütəxəssislərin yetişdirilməsinə də bu gün böyük önəm verilir. Peşə mətkəbləri bu gün 9-11-ci sinifləri bitirən gəncləri tam əhatə etmir. Məktəbi bitirən, ali təhsil almağa getməyənlərin, təhsil almayanların sayı həddindən artıq çoxdur. Qeyd edək ki, peşə təhsili müəssisələrinə həm 9, həm də 11-ci sinif şagirdləri qəbul edilirlər. Natamam orta təhsil bazasından şagirdlər peşə məktəbləri ilə bərabər peşə liseylerinə də qəbul edilirlər.
Peşə hazırlığı ilə bağlı Prezident İlham Əliyev gənclərlə görüşündə də toxunub. O, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında peşə hazırlığına xüsusi diqqət göstərilməli olduğunu bildirib. Dövlət başçısı qeyd edib ki, texniki peşə təhsilinin təkmilləşdirilməsi işində daha da böyük işlər görülməlidir. İndiki mərhələdə peşə məktəblərinin fəaliyyətinə xüsusi diqqət göstərilməli olduğunu vurğulayan Prezident Təhsil Nazirliyinə konkret tapşırıqlar verildiyini bildirib. Bununla yanaşı, qeyd olunan problemin həllində görüləsi işlər kifayət qədərdir. Mütəxəssislərin fikrincə, orta məktəbdə təhsil alan şagirdlərin gələcək peşə seçimiylə bağlı maarifləndirilməməsi bazar iqtisadiyyatının tələblərinə cavab verə bilməyən istər texniki peşə, istərsə də ali təhsil ocaqlarının peşə yönümlü ixtisaslarına düzgün seçim etməməsi ilə nəticələnir. Bu da gənclərin gələcək həyatında işsizliyə düçar olmasına və onların cəmiyyətin bir parçasına çevrilməsinə mane olur. Zamanında ali təhsil ocaqlarının ixtisaslarına düzgün seçim etməyən gənclər ali təhsil ocaqlarından məzun olduqları halda, iş tapa bilmir, ya da ixtisasına uyğun işləmirlər. Bu baxımdan ölkəmizdə gənclərin texniki peşə və ali təhsil ocaqlarında peşə yönümlü ixtisaslara yiyələnməsi sahəsində maarifləndirilməsinə ciddi ehtiyac var. Şagirdlərin texniki peşə məktəblərinə və peşə yönümlü ali təhsil ocaqlarında olan ixtisaslara az üz tutması bu sahədə maaarifləndirmənin yetərincə olmaması barədə əsas faktlardan biridir.
Bütün bu məsələlərlə bağlı KİV ictimaiyyəti mütəmadi olaraq məlumatlandırmalıdır ki, geniş miqyaslı müzakirələrə səbəb olsun.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
14.09.2019
Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub
14.09.2019
Azərbaycan-Qazaxıstan dostluq parkının təməli qoyulub
14.09.2019
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranları DOST Agentliyində olub
14.09.2019
DİN Tovuzda keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb
14.09.2019
Adam Draper ilə virtual reallıqda təlim təşkil olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info