“Miqrasiya Ermənistanın gələcəyini qorxu altına alır”
Tarix: 08.01.2014 | Saat: 23:12:00 | E-mail | Çapa göndər


Ermənistanın iqtisadi tənəzzülü əhalinin əksəriyyətini ölkədən çıxıb getməyə məcbur edib. Bununla əlaqədar, erməni ekspertləri artıq həyəcan təbili çalmağa başlayıblar. Onların həyəcanını Parisdə güclü erməni lobbisinin vəsaiti hesabına gündəlik nəşr olunan “Ermənistan xəbərləri” jurnalında dərc edilmiş “Qürub edən Ermənistan: vətəndaşların ölkəni tərk etmələri onun gələcəyini qorxu altına alır” sərlövhəli məqalədə açıq-aydın hiss etmək mümkündür.
Məqalənin əvvəlində qeyd edilir ki, miqrasiya məsələləri üzrə ekspertlər xaricdə daim yaşamaq və yaxud iş axtarmaq məqsədilə ölkəni tərk edənlərin sayının ildən-ilə artması nəticəsində Ermənistanda demoqrafiyanın kəskin həddə çatması barədə dövlət rəsmilərini xəbərdar etməyə məcbur olublar. Ermənistanın Dövlət Statistika İdarəsinə istinad edən ekspertlər iyun-sentyabr aylarında ölkəni tərk edən 108 mindən artıq erməninin bir daha geri qayıtmadığını diqqətə çatdırıblar. Rəsmi məlumata istinad edən ekspert Ruben Yeqanyan etiraf edir ki, Ermənistanda miqrasiya siyasəti getdikcə qorxulu vəziyyət alır. Son zamanlar miqrasiyanın əxlaqi və psixoloji səbəblərini araşdıran ekspert ölkədəki mövcud sosial-iqtisadi çətinliyin insanların psixologiyasına təsir edən başlıca amil olduğunu bildirmiş, sistemli islahatlara ehtiyac duyulduğunu, siyasi, iqtisadi və sosial sahələrdə köklü dəyişikliklər edilməsinin vacibliyini vurğulayıb. Miqrantların daimi yaşayış məqsədilə Rusiyaya və Avropa ölkələrinə getmələrindən, vətənlərinə dönməkdən boyun qaçırmalarından söhbət açan ekspert hesab edir ki, Avropaya gedənlərlə Rusiyaya üz tutanlar arasında fərqli cəhətlər var. Belə ki, turist kimi Avropaya gedənlər viza müddətləri qurtarmasına baxmayaraq, geri qayıtmamaq üçün müxtəlif vasitələrə əl atırlar. R.Yeqiyan deyib ki, erməni miqrantların 77 faizini kişilər təşkil edir. Məqalənin sonunda bildirilir ki, Ermənistanda iqtisadi vəziyyətin ağırlığı və işsizlik səbəbindən ölkəni tərk edən insanların çox cüzi hissəsi doğma vətənlərinə qayıtsalar da, bir qədər sonra onlar yenidən ölkəni tərk etməyə məcbur olurlar.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Ermənistan-İran münasibətlərində gərginlik yarana bilər
18.01.2019
Astaranın Ərçivan qəsəbəsindəki məscidin yaşı 500 ildən çoxdur
17.01.2019
Paşinyan hökuməti kadr qıtlığı ilə üzləşib
17.01.2019
Rusiya kəşfiyyatı ABŞ ordusunu nəzarətə götürür
17.01.2019
İki erməni əsgəri minaya düşdü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info