Prokurorluq orqanlarında vakant yerlərə sənəd qəbulu yekunlaşıb
Tarix: 08.01.2014 | Saat: 23:22:00 | E-mail | Çapa göndər


Azərbaycanda prokurorluq orqanlarında işə qəbulla bağlı sənədlərin qəbulu başa çatıb. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar 100 ştat vahidi üzrə elan edilmiş növbəti müsabiqə ilə bağlı sənədlərin qəbulu 30 dekabr 2013-cü il tarixdə yekunlaşıb.
Müsabiqədə iştirak etmək üçün müraciət etmiş şəxslərdən qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən 373 namizədin sənədləri qəbul edilib.
Sənədlərini təqdim etmiş namizədlərin peşə hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlılığı və layiqliliyinin müəyyən edilməsi məqsədi ilə müsabiqənin aşkarlıq şəraitində, şəffaf üsullarla, beynəlxalq tələblərə uyğun keçirilən ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət mərhələləri cari ildə təşkil ediləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqəli şəkildə keçiriləcək test imtahanının vaxtı, yeri və imtahanla bağlı digər məsələlər barədə kütləvi informasiya vasitələrində, prokurorluğun internet səhifəsində və Baş Prokurorluğun Qəbul otağında yerləşdirilmiş lövhədə əlavə məlumat veriləcək. Namizədlərin diqqətinə çatdırılır ki, test tapşırıqlarının hazırlanmasında Azərbaycan Respublikasının Konstitusiyasından, Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual və Əmək məcəllələrindən, həmçinin “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunlardan, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasından istifadə edilib.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info