Gələn il kənd təsərrüfatı siyahıya alınacaq
Tarix: 08.01.2014 | Saat: 23:24:00 | E-mail | Çapa göndər


Nazirlər Kabineti 2015-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıya alınmasının keçirilməsi haqqında qərar verib.
Qərara əsasən kənd təsərrüfatının və kənd təsərrüfatına xidmət edən sahələrin inkişafı ilə bağlı həyata keçirilən islahatlar nəticəsində kənd təsərrüfatının dinamikası, strukturu, inkişaf meyilləri, maddi-texniki bazası haqqında ətraflı məlumatların əldə edilməsi məqsədilə 2015-ci il iyunun 1-dən 30-dək Azərbaycan Respublikasında sorğu yolu ilə iyunun 1-i vəziyyətinə kənd təsərrüfatının siyahıya alınması keçiriləcək. 2015-ci ilin kənd təsərrüfatının siyahıya alınmasının proqram layihəsini, təşkilati və metodoloji məsələlərini, siyahıyaalma materiallarının işlənməsi texnologiyasını sınaqdan keçirmək məqsədilə 2014-cü ilin iyun ayı ərzində Quba rayonunda sınaq siyahıya alınması keçiriləcək.
Kənd təsərrüfatının siyahıya alınmasına hazırlıq işlərinin aparılması, onun keçirilməsi, materialların işlənib yekunlaşdırılması və nəticələrinin nəşr edilməsi Dövlət Statistika Komitəsinə və yerli statistika orqanlarına həvalə edilib. Kənd təsərrüfatının siyahıya alınması mülkiyyət formasından asılı olmayaraq bütün təsərrüfatlarda aparılacaq. Dövlət Statistika Komitəsinin təqdim etdiyi hesablamalar əsasında kənd təsərrüfatının siyahıya alınmasına hazırlıq, onun keçirilməsi, materiallarının işlənməsi, yekunlarının təhlil olunması və nəşr edilib yayılması üçün zəruri olan avadanlıq və digər texniki vasitələrin alınmasını, cəlb ediləcək işçilərin əməyinin ödənilməsini və digər təşkilati məsələlərin həll edilməsini təmin etmək məqsədilə 2014-2015-ci illərin dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulacaq. Dövlət Statistika Komitəsinə kənd təsərrüfatının siyahıya alınmasına hazırlığı, onun keçirilməsini, materiallarının işlənməsini və yekunlarının nəşr edilməsini təmin etmək məqsədi ilə 2014-2015-ci illər üzrə təsdiq edilmiş ştat cədvəlinə əsasən hər il müvəqqəti işçilər cəlb etməyə icazə verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Maliyyə Nazirliyi ilə birlikdə Dövlət Statistika Komitəsinin təqdimatına əsasən kənd təsərrüfatının siyahıya alınmasının keçirilməsi üçün cəlb ediləcək işçilərin əməyinin ödənilməsi məbləğlərini və qaydalarını 2 ay müddətində hazırlayıb təsdiq etməlidir. Məşğulluq xidmətlərində iş axtaran və işsiz kimi qeydə alınmış ali və orta ixtisas təhsilli kənd təsərrüfatı mütəxəssisləri, kənd təsərrüfatı ixtisası üzrə təhsil alan ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və digər peşə ixtisası olan vətəndaşlar kənd təsərrüfatının siyahıya alınmasına və sınaq siyahıya alınmasına cəlb ediləcək. Bu məqsədlə siyahıyaalma keçirilən müddətdə hər sayıcı üçün 100 təsərrüfat müəyyən ediləcək və əlavə olaraq 5 faiz miqdarında ehtiyat sayıcı nəzərdə tutulacaq. Hər 10 sayıcıya 1 təlimatçı-nəzarətçi təyin ediləcək. Qərara əsasən, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Azərbaycanda kənd təsərrüfatının siyahıya alınmasına hazırlıqla və onun keçirilməsi ilə bağlı mütəmadi olaraq xüsusi verilişlər təşkil və siyahıyaalınma ilə əlaqədar həyata keçirilən tədbirlərin geniş işıqlandırılmasını təmin etməlidir. Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi kənd təsərrüfatının siyahıya alınmasına hazırlıq dövründə və onun keçirildiyi vaxtda Dövlət Statistika Komitəsinə lazımi kömək göstərməlidirlər.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info