“New York Times”: “Sosial ödəmə” adı ilə 400 milyon dollar mənimsənilib”
Tarix: 08.01.2014 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


Nyu-York polisi qeyri-qanuni yolla on illərlə sosial ödəmələr alan 80 nəfəri saxlayıb. Bütün saxlanılanlar hüquq-mühafizə orqanlarının əməkdaşları və ya da yanğınsöndürənlərdən ibarətdir.
Onların çoxu 2001-ci ilin terrakt hadisəsinin nəticələrinin aradan qaldırılmasında iştirak edib. Bu barədə “New York Times” qəzeti xəbər verir. Amerikan prokuraturasının verdiyi məlumata görə, Nyu-Yorkda 26 ildən artıq bir müddətdə bu sahədə fırıldaqçılar fəaliyyət göstərib. Onlar təhlükəsizlik sahəsində işləyən insanlara psixi çatışmazlığı olan xəstələr kimi davranmağı və psixi xəstələri yamsılamağı öyrədiblər. Nəticədə isə bu yamsılayanlar 400 milyon dollarlıq sosial ödəmə vəsaitini qamarlayıblar.
“Psixi xəstələr” həkim yanına gedərək xidmət zamanı şəxsiyyətlərinin pozulmasından, iflasa uğramasından şikayətləniblər. Psixoloqlar tərəfindən öyrədilən “xəstələr” həkimləri öz “xəstəliklərinə” inandıra biliblər. Həkimlər də nəticədə, onlara ildə 30 min dollardan 50 min dollaradək sosial ödəmə almaq hüququ təyin ediblər. Fırıldaqçıları xüsusi təşkil edilmiş əməliyyat nəticəsində saxlamaq mümkün olub. Qeyd edildiyi kimi, məhkəmə tərəfindən bu sahədə dövlətə dəymiş zərər 400 milyon dollar həcmində dəyərləndirilib. Prokuratura bu fırıldaqda iştirak etmiş insanların ümumi sayının 106 nəfər olduğunu hesab edir.
İlkin




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info