Pirallahıda xəstəxana əsaslı təmirdən sonra istifadəyə veriləcək
Tarix: 08.01.2014 | Saat: 23:35:00 | E-mail | Çapa göndər


Ölkəmizin bütün regionlarında olduğu kimi, yeni yaranmış Pirallahı rayonunda da abadlıq və quruculuq işləri uğurla davam etdirilir, rayonun sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulmuş tədbirlər ardıcıllıqla həyata keçirilir.
Rayon İcra Hakimiyyətindən bildiriblər ki, Pirallahı qəsəbəsində 10 nömrəli birləşmiş şəhər xəstəxanası əsaslı təmirdən sonra əhalinin istifadəsinə veriləcək. Xəstəxananın ümumi sahəsi 2 hektardır. Rayonun ən böyük tibb müəssisəsi olan 10 nömrəli xəstəxananın əsas korpusunun dam örtüyü yenisi ilə əvəzlənib. Bundan başqa binanın fasad hissəsi üzlənilmiş, qazanxana sistemi, yeməkxana və camaşırxanası yenidən qurulub. Binanın həyətinə yeni asfalt örtüyü döşənmiş, ərazidə yaşıllıq və abadlıq işləri görülüb. Təmir işlərinə 2011-ci ilin iyul ayından başlanılan xəstəxana binasının 2014-cü ilin yanvarında təhvil verilməsi planlaşdırılır. Xəstəxana poliklinika və stasionar hissədən ibarətdir. Stasionarda cərrahiyyə, terapiya, pediatriya, doğum və ginekologiya şöbələri fəaliyyət göstərəcək. Onların hər biri ən müasir tibbi avadanlıqla təchiz olunacaq. Uşaqların və böyüklərin qəbul edilməsi üçün nəzərdə tutulmuş poliklinika şöbəsinin imkanları gün ərzində 150 nəfərədək xəstənin qəbul edilməsi məqsədilə genişləndirilib. Buradakı 50-dək kabinetin hər biri tibb sənayesinin istehsal etdiyi ən yeni cihaz və avadanlıqla təmin olunacaq. Xəstəxanada tibb işçiləri üçün yaradılan şərait, quraşdırılan müasir tibb avadanlığı rayon əhalisinə xidmətin səviyyəsini daha da artırmağa imkan verəcək.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info