“Auto FM” radiosu yaxın günlərdə əsas yayıma başlayacaq
Tarix: 09.01.2014 | Saat: 14:40:00 | E-mail | Çapa göndər


Azərbaycanın radio məkanına yeni qədəm qoyan, 107.7 FM tezliyində yayımlanan “Auto FM” radiosu yaxın günlərdə əsas yayıma başlayacaq.
Hazırda radio texniki yayımla fəaliyyət göstərir. “Auto FM”in yaradılmasının məqsədi əhalini yollardakı vəziyyət barədə operativ şəkildə məlumatlandırmaq, vətəndaşları birbaşa Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin fəaliyyəti barədə maarifləndirmək, geniş əhali kütləsini sistemlərin işləmə mexanizmini ətraflı öyrənməyə sövq etmək, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində (NİİM) olan məlumatları ictimaiyyətlə paylaşmaqdan ibarətdir. Radioda ənənəvi informativ və əyləncəli xarakter daşıyacaq proqramlar, müxtəlif janrlı musiqi nömrələri də yayımlanacaq.
Radionun direktoru Elnur Baimov bildirib ki, bizim başqa radiolardan əsas fərqimiz NİİM-in kameraları vasitəsilə yollardakı vəziyyəti daim izləməyimiz və saatda bir neçə dəfə bu barədə məlumat verməyimizdədir. Radionun hədəfi ölkənin ən böyük FM dalğası olmaqdır. Buna görə də radioya peşəkarlardan ibarət komanda cəlb olunub. Gün ərzində efirdə ən son xəbərlər, müxtəlif əyləncəli, intellektual proqramlar təqdim ediləcək.
“Auto FM” radiosuna dair 6 illik lisenziyanın verilməsi barədə qərar Milli Televiziya və Radio Şurasının 2013-cü il aprelin 2-də keçirilmiş iclasında qəbul edilib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Arıçılara subsidiya verilməsi ilə bağlı qərar 5 il müddətində qüvvədə olacaq
20.09.2018
Azərbaycanda Çinlə birgə elektron ticarət platforması yaradıla bilər
20.09.2018
Kiyevdəki Azərbaycan Ticarət Evi məhsullarımızın satışı üçün sertifikat və lisenziya alıb
20.09.2018
Dövlət Aqrar Ticarət Şirkəti Cocuq Mərcanlıda fermerlərin yetişdirdiyi məhsulu satın alıb
20.09.2018
Pambığın alış qiyməti artırılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info