AMEA Dilçilik İnstitutu monitorinqlərə başlayacaq
Tarix: 09.01.2014 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


Azərbaycanda bütün növ reklamlarda, küçə adlarında ədəbi dilin istifadə vəziyyətini öyrənmək üçün aparılan monitorinqlərin ilkin mərhələsi başa çatıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı yaradılmış İşçi qrupunun sədr müavini Həbib Zərbəliyev bildirib ki, monitorinqlər zamanı Bakı şəhərinin bütün küçələrindəki reklam, elan və küçə adlarında Azərbaycan dilinin qorunması vəziyyəti öyrənilib.
Onun sözlərinə görə, monitorinqlərin nəticəsi təhlil edilərək yekun nəticələr əldə olunacaq: “Lakin monitorinqlərin ilkin nəticələri maraqlı faktları ortaya çıxarıb. Belə ki, hazırda paytaxtın küçələrin çoxunun adı rus dilindədir, köhnə sovet dövründə qalma adlardır. Bəlkə də küçələrin adı dəyişdirilib, amma onlar yığışdırılmayıb. Məsələn, Bakı şəhərinin mərkəzində, Nəsimi rayon Polis İdarəsinə yaxın ərazidə “Plotnikov” küçəsi hələ də mövcuddur. Belə adlar digər yerlərdə də var və çoxdur. Hətta bəzi küçələrin köhnədən qalma adları zamanın tələblərinə uyğun gəlmir. Bu məsələlərin hər biri araşdırıldıqdan, müəyyənləşdirildikdən sonra müvafiq orqanlar qarşısında adların dəyişdirilməsi, problemin aradan qaldırılması üçün məsələ qaldırılacaq. Reklamlarda xarici adların kütləvi şəkildə işlənməsi, onlara qoyulmuş tələblər çərçivəsindən kənara çıxma, onların daha çox xarici dillərdə yazılması, müəyyən qüsurlar və digər məsələlər ardıcıl olaraq monitorinqlər nəticəsində yoxlanacaq və onların əsasında müvafiq orqanlar qarşısında təkliflər veriləcək”. H.Zərbəliyev qeyd edib ki, bir müddətdən sonra yeni monitorinqlərə başlanacaq və bu işlər periodik olaraq həyata keçiriləcək. O bildirib ki, monitorinqlər ilkin olaraq paytaxtın mərkəzi küçələrini əhatə edib: “Amma sonradan bir qədər kənara da çıxılacaq. Nəzərdə tuturuq ki, bu işləri görərkən gələcəkdə təkcə Bakı ilə kifayətlənməyək. Yaxın vaxtlarda respublikanın bütün rayonlarında ardıcıl olaraq reklamlar, küçələrdə asılan elanlarda dil normalarına necə riayət olunması ilə bağlı monitorinqlər aparılacaq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info