Rabitə xidmətlərinə görə yeni tariflərin tətbiqinə başlanılıb
Tarix: 09.01.2014 | Saat: 18:09:00 | E-mail | Çapa göndər


Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov rabitə xidmətləri ilə bağlı yeni tariflərin təbiqi haqqında əmr imzalayıb. Nazirlikdən verilən məlumata görə, əmrdə müəyyən edilən yeni tariflərin düzgün tətbiq olunmasının, yeni tariflərə dair məlumatların abunə və poçt şöbələrində, danışıq məntəqələrində asılmasının təmin olunması, daha çox abunəçilərin cəlb edilməsi məqsədilə reklam və digər zəruri tədbirlərin həyata keçirilməsi, yeni tariflərin tətbiqi ilə əlaqədar telekommunikasiya (telefon) qovşaqlarında və idarələrində seminar-müşavirələrin keçirilməsi və tariflərin tətbiqinin nəticələrinin təhlil edilməsi aidiyyəti üzrə rabitə birlik və müəssisələrinə və nazirliyin aidiyyəti şöbələrinə həvalə edilib.
Tarif Şurasının qərarı ilə 2014-cü il yanvarın 1-dən rabitə xidmətləri, beynəlxalq və şəhərləraarsı zənglər və faks aparatından istifadəyə görə qiymətlər aşağı salınıb.
Yeni tarif dəyişikliyinə əsasən, rabitə xidmətləri üzrə telefon çəkilişi tarifi 40-120 manatdan 30 manata, beynəlxalq danışıq tarifləri 1 dəqiqə üçün zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən bütün zonalar üzrə 32 qəpiyə, şəhərlərarası danışıq tarifi 1 dəqiqə üçün 7 qəpikdən 5 qəpiyə, faks aparatından aylıq istifadə tarifi 80 qəpikdən 50 qəpiyə qədər azaldılıb.
107 sifarişli rabitə xidməti üzrə tarif kənd yerləri üçün mövcud 5 qəpik səviyyəsində saxlanılıb, şəhər və rayon mərkəzləri üçün isə 2 dəfə azaldılmaqla, 10 qəpik təsdiq edilib. Stasionar telefonlar üçün aylıq abunə haqqı əhali qrupu üzrə 2 manat 50 qəpik, büdcə təşkilatları üzrə 7 manat səviyyəsində müəyyənləşdirilib, qeyri-büdcə təşkilatları üçün hazırkı 7 manat səviyyəsində saxlanılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır
18.03.2019
Aprelin 1-dən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
4 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info