AMEA-da muğamı elmi cəhətdən öyrənəcək yeni şöbə yaradılır
Tarix: 09.01.2014 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


Azərbaycan Elmlər Milli Akademiyasında (AMEA) “Muğamşünaslıq” adlı yeni şöbə yaradılır. Bu barədə AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli məlumat verib. İ. Həbibbəyli bildirib ki, yeni şöbə AMEA tarixində ilk dəfə olaraq muğam sənətini elmi cəhətdən öyrənəcək. Şöbə akademiyanın Memarlıq və İncəsənət İnstitutunun nəzdində fəaliyyət göstərəcək. Onun sözlərinə görə, ölkədə bu vaxta kimi keçirilən muğam müsabiqələri böyük rezonans doğurmaqla yanaşı, muğamın milli-mədəni inkişafına böyük təkan verib: “Amma muğam haqqında olan elm muğam müsabiqələrinin fonunda yenidən təşkilatlanmağa borcludur. Ona görə akademiyada Azərbaycan muğamlarını, bu sənəti öyrənəcək yeni “Muğamşünaslıq” şöbəsi yaradılacaq. Bu, müxtəlif institutlarda çalışan, əruz vəzni, muğam sənəti, ifaçılığı, tarixi ilə məşğul olan şərqşünas alimləri birləşdirəcək bir şöbə olacaq. Yeni şöbədə ölkənin mədəni həyatında baş verən muğamla bağlı proseslər vahid qaydada elmi cəhətdən öyrəniləcək. Yeni şöbənin yaradılması ilə bağlı ilkin işlər aparılır, bununla bağlı yaxın günlərdə akademiya rəhbərliyi yekun qərar qəbul edəcək”. İ. Həbibbəyli qeyd edib ki, bu vaxta kimi akademiyada xalq sənəti, musiqisi ilə bağlı ayrı-ayrı elmi-tədqiqat şöbələri olub. İndiyə kimi muğamın xalq musiqisi şöbələrində öyrənildiyini deyən vitse-prezident vurğulayıb ki, muğam özünəməxsus keyfiyyətlərə malik olduğu üçün ayrıca tədqiq olunmağa layiqdir: “Ona görə akademiyada xalq musiqisi şöbəsini qoruyub saxlamaq şərtilə “Muğamşünaslıq” şöbəsi yaradılacaq. Bu, akademiyanın tarixində bir ilk olacaq. Burada muğam sənətinin tarixinin, ənənələrinin, nəzəriyyəsinin bu günü və gələcəyi öyrənilərək sistemli şəkildə təqdim ediləcək”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qarakənd səmasında baş vermiş faciədən 27 il keçir
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info