“The Daily Mail”: “Yadplanetlilər bizimlə texnologiyaları bölüşməkdən imtina edirlər”
Tarix: 09.01.2014 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


Kanadanın sabiq müdafiə naziri Pol Hellierin fikrincə, yadplanetlilərin 80 müxtəlif növü var

“The Daily Mail” qəzeti yad planetlilər barədə maraqlı bir yazı yazıb. Qəzet yazır: “Kanadanın sabiq müdafiə naziri Pol Hellier Rusiya telekanallarına bəyan edib ki, yadplanetlilər bizi tərk edirlər və bu zaman öz yüksək texnologiyalarını bölüşməkdən də imtina edirlər. Nə qədər ki, biz öz savaşcıl və ətraf mühiti çirkləndirən həyat tərzimizi dəyişməmişik, onlar bu cür davranacaqlar. 1963-1967-ci illərdə Liberal Partiyadan müdafiə naziri olmuş Pol Hellierin fikirlərinə görə, yadplanetlilərin 80 müxtəlif növü var. O belə bir iddia da irəli sürüb: “Onlardan bir neçəsi lap bizim göründüyümüz kimidirlər. Onlar küçə ilə gedə bilərlər, siz isə bunun fərqinə varmayacaqsınız”. Qeyd edək ki, o, bu barədə “Russia Today” kanalının “SophieCo” proqramına müsahibə verib. Sabiq müdafiə naziri onu da qeyd edib ki, bizim UNO-larla birgə qədim tariximiz var: “Əlbəttə, son onilliklərdə olduqca böyük aktivlik müşahidə edilib. Çünki biz atom bombasını kəşf etmişik”. 90 yaşlı Hellier ilk dəfə 2005-ci ildə ictimaiyyətə açıqlayıb ki, yadplanetlilərin varlığına inanır. Bu barədə qəzetdəki yazının müəllifi Devid Makkormak bildirib. Sabiq nazir daha sonra bu barədə bildirib: “Biz bir-birimizlə savaşlara çoxlu vaxt itiririk, həmçinin müharibələrə, hərbi xərclərə pul sərf edirik, amma yoxsulları yedirtməyə xərc tapılmır”. Sabiq nazir qeyd edib ki, yadplanetlilər bizimlə əməkdaşlıq etmək və yaxşı həyat tərzini bizə öyrətmək istərdilər: “Amma mənə elə gəlir ki, buna bizim razılığımız olmalıdır. Onlar bizi bu planetin yaxşı sahibləri saymırlar”. Hellier yadplanetlilərin bir neçə tipini də sadalayıb. O cümlədən o, “hündür ağlar” barədə də danışıb və iddia edib ki, bu tip yadplanetlilər ABŞ-ın Nevadadakı Hərbi Hava Qüvvələri ilə əməkdaşlıq edirlər. Yadplanetlilərin başqa bir qrupu isə “boz bəstəboylar”, üçncü qrup isə “nordik sarışınlar”dır: “Üçüncü qrupla qarşılaşsanız, elə bilərsiniz ki, onlar Danimarkadan və ya hardansa oralardan gəliblər”.

İlkin




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Neftçalanın Ərəbqardaşbəyli kəndinə təbii qaz verilib
26.09.2018
AccessBank taksi xidmətləri üzrə tender elan edir
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info