ABŞ Rusiyaya dəstəyini ifadə etdi
Tarix: 09.01.2014 | Saat: 22:33:00 | E-mail | Çapa göndər


Amerika hökuməti Rusiyanın Volqoqrad şəhərindəki terror hücumlarını qınayaraq Rusiya hökumətinə dəstəyini ifadə edib. ABŞ Rusiyada ehtimal olunan hər hansı terror təhlükəsi barədə ölkə rəhbərliyini müvafiq məlumatla təmin etməyə hazır olduğunu bildirib.
Belə bir addım iki ölkə arasında uzun illər davam edən “soyuq müharibə” və SSRİ dağıldıqdan sonra ikitərəfli münasibətlərdə yeni başlanğıc nöqtəsi ola bilər. Qeyd edək ki, həm Rusiya, həm də Amerika dövlət orqanları Volqoqraddakı terror hücumlarına məsul olmasına baxmayaraq, Rusiyada keçiriləcək Qış Olimpiya oyunlarını terror aktları ilə təhdid etməyə çalışanların arxasında çeçen separatizminin olduğunu ehtimal edirlər. Xatırladaq ki, 2002-ci ilin oktyabrında Moskvanın Dubrovka Teatr Mərkəzini ələ keçirən çeçen yaraqlıları 128 nəfər dinc sakinin həyatına təhlükə yaratmışdılar. Rusiya güc orqanları tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində 50 yaraqlı - 18 qadın və 32 kişi öldürülmüşdü.
Ağasəf




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub
18.03.2019
Ermənistan Rusiya ilə razılıq əldə edə bilmədi
14.03.2019
Ermənistan müdafiə nazirinin müavini və iki vitse-qubernator vəzifələrindən azad edilib
14.03.2019
Ermənistanda vergilər artırıldı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
3 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info