Soçi Olimpiadasında nümayəndə heyətini kazaklar qoruyacaq
Tarix: 09.01.2014 | Saat: 22:40:00 | E-mail | Çapa göndər


Qış Olimpiya və Paralimpiya Oyunları zamanı asayişi qorumaq üçün Rusiyanın Soçi şəhərinə 410 kazak gəlib. Onlar Kuban kazak qoşunlarının şəxsi heyətindən ayrılıb. Kazaklara idmançılar, əcnəbi nümayəndələr və turistlərin təhlükəsizliyini təmin etmələri tapşırılıb.
Onlar kazak formasında və yalnız polislərlə birgə xidmət aparacaqlar. Yanvarın 7-dən Soçidə təhlükəsizlik tədbirləri gücləndirilib. Ora başqa şəhərdən nəqliyyatın girişi qadağan edilib. Qadağa Paralimpiya Oyunları başa çatanadək, yəni, martın 21-dək qüvvədə olacaq. Şəhər sakinlərindən isə şəxsi nəqliyyatdan mümkün qədər az yararlanmaları xahiş edilib. Eyni zamanda, Olimpiya nəqliyyatı zolaqlarına hərəkət qadağan olunub. Artıq Moskvanın “Şeremetyevo” və “Vnukovo” hava limanlarında təyyarələrə istənilən həcmli hər cür mayenin keçirilməsinə də icazə verilmir. Qadağa Olimpiadanın keçirilməsi ilə bağlıdır və martın sonunadək qüvvədə olacaq. “Domodedovo”, habelə, Sankt-Peterburqdakı “Pulkovo” və Soçi beynəlxalq hava limanlarında belə məhdudiyyətlər tətbiq olunmayıb.




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
İran Fars körfəzi dövlətləri ilə hücum etməmək haqqında müqavilə imzalamağa hazırdır
26.05.2019
Viqen Akopyan: “Paşinyan komandasında təsir rıçaqını əldə etmək üçün mübarizə gedir”
25.05.2019
Türkiyənin təhlükəsizlik qüvvələri PKK-nın Qara dəniz düşərgəsini ələ keçiriblər
25.05.2019
Serj Sarkisyan gizlicə Koçaryanla görüşüb
25.05.2019
Erməni ordusuna ayrılan sabunlar Gümrüdəki bazarda satılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info