Dalbadal üçüncü ildir ki, Almaniya əhalisi miqrantlar hesabına artır
Tarix: 09.01.2014 | Saat: 22:41:00 | E-mail | Çapa göndər


AFR hökuməti ölkədəki əcnəbilər tərəfindən yoxsulluğa görə müavinət almaq məqsədi ilə sui-istifadə hallarına qarşı mübarizə üçün 2014-cü ilin yayına qədər müvafiq tədbirlər işləyib hazırlamaq niyyətindədir.
AFR Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən yaradılan xüsusi komissiya iyunun sonuna qədər müvafiq məruzə təqdim etməlidir. Bu komissiyanın tərkibinə miqrasiya məsələləri üzrə müvəkkilin demək olar ki, bütün nümayəndələri daxil olacaq.
“Deutsche Welle” agentliyinin verdiyi məlumata görə, 2013-cü ildə Almaniya əhalisinin sayı dalbadal üçüncü il artmışdır. Lakin maraqlıdır ki, bu artım məhz miqrantların sayəsində yaranıb.
Federal Statistika İdarəsinin (“Destatis”) ilkin hesablamalarına görə, Almaniya əhalisinin sayı 2012-ci ildəki 80,5 milyona qarşı 2013-cü ildə artaraq 80,8 milyon nəfərə çatıb.
“Destatis”in hesablamalarına görə, keçən il Almaniyaya təzə gəlmiş miqrantların sayı mühacirlərin sayından xeyli artıqdır. Belə ki, 2011-ci ildə Almaniyaya gələnlərin sayı ölkəni tərk edənlərin sayından 279 min nəfər çox, 2012-ci ildə isə 369 min nəfər çox idi. 2013-cü il üçün ilkin hesablamalara görə, bu göstərici 400 min nəfər olub.
2013-cü ildə Almaniyada doğum göstəricisi əvvəlki kimi aşağı səviyyədə olub. İl ərzində burada yeni doğulanların sayı 675-695 min, ölənlərin sayı isə 885-905 min nəfər olub.
Bununla bərabər, bəzi ölkələrdə, məsələn, İspaniyada iqtisadi böhran və işsizliyin artması fonunda əks meyillər müşahidə olunur: həmin ölkələrdən mühacirət səbəbindən əhalinin sayı azalır. İspaniya Milli Statistika İnstitutunun məlumatına görə, ölkə əhalisinin sayı ikinci ildir ki, azalır. Üstəlik, bu azalma sürətlənmişdir: 2012-ci ildə 90,3 min nəfərə qarşı, 2013-cü ildə 240 min olub.
İspaniyada iqtisadi böhranın geniş miqyas aldığı 2008-ci ildən bəri təxminən yarım milyon nəfər bu ölkəni tərk edib. Onların əksəriyyəti 25-35 yaşlarında cavan adamlardır. 2012-ci ildə təkcə Almaniyaya 30 minə yaxın ispaniyalı köçmüşdür, 2013-cü ildə isə bu göstərici daha da artıb.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Уже в феврале будут продавать наушники-переводчик на 20 языков мира
22.01.2019
Senator Harris ABŞ prezidentliyinə namizədliyini rəsmən elan edib
22.01.2019
Praqada “gecə meri” vəzifəsi yaradılıb
22.01.2019
“United Airlines” aviaşirkətinin sərnişinləri 16 saat təyyarədə qalıblar
22.01.2019
Gürcüstanda “donuz qripi” daha bir nəfərin həyatına son qoyub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info