ARDNŞ rəsmisi: «Heç kim işdən məcburi çıxarıla bilməz»
Tarix: 09.01.2014 | Saat: 23:02:00 | E-mail | Çapa göndər


“Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) işdən çıxarılan heç bir işçisinə məcburən qol çəkdirib maaşının 5 mislində təzminat ödəmir”. Bunu ARDNŞ-in İnsan resursları Departamentinin rəisi Asif Bəkirli bildirib. Onun sözlərinə görə, bu kompensasiya işdən çıxarılan insanlara kömək məqsədi üçün verilir:
«Şirkətdə təsdiq olunmuş əmrə əsasən, maaşın 5 mislinin verilməsi könüllü xarakter daşıyır. Bu məbləğ müəyyən vaxt ərzində verilir». A.Bəkirli bildirib ki, bu, məcburi deyil və pulu birdən alan bir çox işçilər var ki, pulu alıb könüllü olaraq işdən kənarlaşır: «Bu proses də hər bir müəssisənin daxilində aparılır. Müəyyən işçilər var ki, bəri başdan maaşının 5 mislini alıb, özünə başqa iş tapır. Həmin işçi əmək kitabçasını alıb, işdən gedir. Amma elə işçilər də var ki, təzminatı aybaay alır. O, eyni zamanda özünə iş də axtara bilər. Həmin işçilər ARDNŞ-in kadrlar ehtiyatına götürülür və sabah yeni bir iş yeri, vakansiya yaranırsa, onlar yenidən işə dəvət ediləcək».A.Bəkirli deyir ki, heç kim məcburi qaydada işdən çıxarıla bilməz: «Ola bilər ki, işçilərə maaşın 5 misli verilərkən bildirilir ki, bu pulu indi götürsünlər, sonra bu pulu onlara təklif edə bilməyəcəklər. Yaxud da həmin işdən çıxarılan işçilərə işəgötürənlər bu proseduru düzgün izah edə bilməyib, yaxud da onları kimsə düzgün anlamayıb». ARDNŞ rəsmisi qeyd edib ki, maaşının 5 mislini birdən alıb işdən getmiş işçilərə əmək kitabçası da verilir və sonradan, hər hansısa vakansiya yarandıqda onlar yenidən işə dəvət edilmir: «Amma aybaay maaşının təzminatını alan işçilər işsiz qaldığı müddətin 2-3 ayında yenidən boş vakansiya yarandıqda dəvət ediləcək və başqa işlə təmin olunacaq. Bunun üçün də o, mütləq imtahan verməlidir, testdən keçməlidir».




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
“Qoy əfqan xalqı öz liderini özü seçsin“
22.02.2019
Özəl telekanallarda yayımlanan bayağı seriallar bizi çox narahat edir
22.02.2019
Müxalifət özü də bilir ki, bu aksiyalar mənasızdır, xalqın iradəsini ifadə etmir
22.02.2019
“Talibana hərbi təzyiq göstərməyə davam edəcəyik“
22.02.2019
Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin regional qovşaqlarından biridir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info