Gəncədə vətəndaşlarla səyyar görüşdə ABŞ səfirliyinin nümayəndəsi də iştirak edib
Tarix: 09.01.2014 | Saat: 23:04:00 | E-mail | Çapa göndər


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə şəhərin Atatürk prospektində yerləşən nümunəvi məhəllənin sakinlərinin növbəti görüşü keçirilib. Adəti üzrə bu görüşdə də sakinlər şəhərdə aparılan geniş abadlıq-quruculuq işlərindən iftixar hissi ilə söhbət açıblar. Onlar Prezidentin gəncəlilərə göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildiriblər.
Ölkə başçısının bütün tapşırıq və tövsiyələrini yerinə yetirən şəhər rəhbərliyinin onlara hərtərəfli dəstək və dayaq olduğunu vurğulayıblar. Elə görüşün keçirildiyi məhəllənin tamamilə yenidən qurulmasının, illərlə təmir olunmayan binaların müasir səviyyədə təmir olunmasının, dam örtüklərinin dəyişdirilməsinin, kommunikasiya xətlərinin yenilənməsi və yerin altına salınmasının, ərazinin asfaltlanmasının, işıq dirəklərinin yeniləri ilə əvəz olunmasının, uşaqlar üçün oyun meydançasının, sakinlərin istirahəti üçün lazımi şəraitin yaradılmasının və yeni yaşıllığın salınmasının Gəncədə gedən sürətli inkişafın göstəricisi olduğunu deyiblər.
Görüşdə iştirak edən sakinlərdən Aygün Babayeva, Hüseyn Hüseynov, Fəxrəddin Sultanov, Suliddin Əhmədov, Elmira Bayramova, Kəmalə Məmmədova, Sürəyya Bağırova, İlahə Musayeva, Qurban Şükürov, Səbuhi Məlikov və başqaları Gəncə şəhər rəhbərliyinin bütün əməkçi kollektivlərlə, sadə vətəndaşlarla yaratdığı ünsiyyət və səmimiyyətin nəticəsi olaraq, daha böyük nailiyyətlər əldə olunacağına əminliklərini bildiriblər.
Sakinlərin müraciətləri və müəyyən problemləri görüşdə aidiyyəti təşkilatlara tapşırılaraq yerindəcə həll edilib. ABŞ səfirliyinin müvəqqəti işlər üzrə vəkili Derek Hoqanın başçılıq etdiyi nümayəndə heyətinin bu görüşdə iştirak etməsi tədbirin maraqlı məqamlarından olub. D.Hoqan görüşdə iştirak etmək üçün ona yaradılan şəraitə görə təşəkkür edib və şəhər rəhbərliyi ilə vətəndaşlar arasındakı səmimiyyətdən razı qaldığını bildirib. Həmçinin vurğulayıb ki, rəhbərliklə sakinlər arasında sıx əlaqə və ünsiyyət Azərbaycan Prezidentinin ölkədə apardığı uğurlu siyasətin bəhrəsidir.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir
21.01.2019
“AtaSığorta”: “Sığorta yığımları 8,7 milyon manat artıb”
21.01.2019
Ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info