Paris Azərbaycan Evinin sədri yenidən məhkəməyə müraciət edib
Tarix: 09.01.2014 | Saat: 23:47:00 | E-mail | Çapa göndər


Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva Paris Ali Məhkəməsinə müraciət edib. M. Fətəliyeva bildirib ki, müraciətində ermənipərəst mövqeyi ilə tanınan parlamentar Fransua Roşebloun və erməni diasporunun üzvləri tərəfindən vəhşicəsinə döyülməsi ilə bağlı yenidən cinayət işinin açılmasını istəyib.
Onun sözlərinə görə, bu həftə prosesin yenidən keçirilməsi üçün hakim təyin olunacaq. M.Fətəliyeva qeyd edib ki, faktla bağlı Paris prokurorluğu tərəfindən cinayət işinin cinayətkarların tapılıb cəzalandırılmadan bağlanması oradakı azərbaycanlıların hiddətinə səbəb olub və cinayətkarların tapılıb cəzalandırılması üçün onlar daha yuxarı instansiyaya müraciət ediblər:
“Biz cinayətkarların mütləq cəzalanmasına nail olmaq istəyirik. Hadisədən vaxt ötsə də, bununla bağlı fotofaktlar, videomateriallar və s. var”. Hakim təyin olunduqdan sonra isə məhkəmə prosesinin keçirilmə vaxtı məlum olacaq. Qeyd edək ki, ötən il fevralın 26-da Fransa Milli Assambleyasında Fransadakı Erməni Məsələləri Bürosunun təşkilatçılığı, Fransadakı erməni icmasının nümayəndələri və Fransa parlamentinin bir neçə deputatının iştirakı ilə keçirilən “Sumqayıt hadisələrindən 25 il sonra: hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər” adlı tədbirdə Azərbaycan diasporu nümayəndələri də iştirak edərək, bu gün Xocalı soyqırımının 21-ci ildönümünün keçirildiyini iştirakçıların diqqətinə çatdırıblar. Onların bu mövqeyi qarşı tərəfin ciddi etirazına səbəb olsa da, Azərbaycan diasporunun nümayəndələri qətiyyət nümayiş etdirərək, Sumqayıtda baş verən hadisələrlə bağlı səsləndirilən fikirlərin heç bir tarixi fakta əsaslanmadığını bildiriblər. Bundan sonra Fransa parlamentinin üzvü Fransua Roşeblounun təhriki ilə iştirakçılar Azərbaycan diasporunun rəhbəri və azərbaycanlı tələbəyə hücum edərək, onları vəhşicəsinə döyüblər. Tədbir iştirakçıları, o cümlədən Fransa parlamentinin toplantıda iştirak edən deputatları bu vəhşiliyin qarşısını almaq üçün heç bir cəhd göstərməyiblər. Bununla bağlı Paris prokurorluğunda cinayət işi açılsa da, bu yaxınlarda iş yetərli sübut tapılmaması səbəb göstərilməklə bağlanıb.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info