AMEA magistratura pilləsi üzrə təhsilə başlayacaq
Tarix: 10.01.2014 | Saat: 15:19:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Magistratura pilləsinin yaranması ilə bağlı müzakirələr aparılır. AMEA-nın vitse-prezidenti İsa Həbibəyli bildirib ki, akademiya rəhbərliyi bu istiqamətdə ölkənin müvafiq qurumları ilə danışıqlar və yazışmalar aparır. Onun sözlərinə görə, aparılan müzakirələr və yazışma əlaqələri onu göstərir ki, akademiya bu il magistratura təhsilinə ilkin olaraq başlaya biləcək: “Akademiyanın magistratura pilləsinə qəbul imtahanları vahid imtahan qaydalarına əsasən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılacaq. İmtahanların hansı qurum tərəfindən aparılması ilə bağlı müzakirə aparıla bilməz. Çünki ölkədə bütün imtahanlar vahid qaydada keçirilməlidir. AMEA magistratura pilləsinə də qəbul TQDK tərəfindən həyata keçiriləcək”. İ. Həbibbəyli qeyd edib ki, akademiya doktorantura təhsilinin keyfiyyətini artırmaq, bura yeni nəslin cəlb olunmasını təmin etmək üçün ilk öncə magistratura təhsili verməkdə maraqlıdır. AMEA vitse-prezidenti bildirib ki, magistratura pilləsinin yaradılması həqiqətən də akademiyaya gənclərin gəlməsində əhəmiyyət kəsb edə bilər: “AMEA magistratura pilləsinin yaradılması hazırda müzakirə prosesindədir. Müzakirələr yekunlaşandan sonra magistratura pilləsinin yaranması, bura qəbulun nə zaman və hansı qaydalar əsasında həyata keçirilməsi barədə yekun qərar veriləcək”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Azərbaycan tarixi üçün vacib mənbə - “Araz şahiddir”
22.04.2019
DGK: “Ölkəyə avtomobil gətirilməsində heç bir məhdudiyyətdən söhbət gedə bilməz”
22.04.2019
“Həyat naminə qan ver” aksiyası keçirilib
22.04.2019
KİV nümayəndələri üçün seminar keçirilib
22.04.2019
Bu müəllimlər yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Tarixin ibrət dərsləri...
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info