Çexiyalı qonaqlar Bakı Ali Neft Məktəbində olublar
Tarix: 10.01.2014 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Çexiya Respublikasının Praqa Karls Universitetinin rektoru professor Vatslav Hampl və universitetin elm və yaradıcılıq fəaliyyəti üzrə prorektoru, professor Petr Volf Bakı Ali Neft Məktəbində olub.
Bakı Ali Neft Məktəbindən verilən məlumata görə, qonaqları salamlayan rektor Elmar Qasımov Bakı Ali Neft Məktəbinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin irəli sürdüyü "Biz neft kapitalını insan kapitalına çevirməliyik" şüarının yerinə yetirilməsi üçün yeni yaradılmış ali təhsil müəssisəsi, bu cür təhsil müəssisələrində mütərəqqi islahatların həyata keçirilməsinin asan olduğunu bildirib, fəaliyyətinin 2 ili ərzində Bakı Ali Neft Məktəbinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tərtib etdiyi reytinq cədvəlində lider olduğunu, mütəxəssis hazırlığının Böyük Britaniyanın Heriot-Vatt Universitetinin proqramları əsasında həyata keçirildiyini, məzunlara 2 diplom veriləcəyini və təhsil müəssisəsi üçün yeni kampus tikildiyini vurğulayıb.
Rektor Bakı Ali Neft Məktəbinin Karls Universiteti və Çexiya Respublikasının digər universitetləri ilə əməkdaşlıq əlaqələrinin yaradılmasında maraqlı olduğunu bildirib.
Bakı Ali Neft Məktəbinə dəvət olunduğuna görə minnətdarlığını bildirən professor Vatslav Hampl müasir tipli ali məktəbin yaradılmasının təqdirəlayiq olduğunu vurğulayıb, rəhbərlik etdiyi universitetlə kimya, geologiya, geofizika sahələrində təhsillə bağlı əməkdaşlığın mümkün olduğunu və Bakı Ali Neft Məktəbinin Çexiyanın digər mühəndis hazırlayan universitetləri ilə əlaqələrinin qurulmasında yardım göstərməyə hazır olduğunu bildirib.
Görüşün sonunda qonağa Bakı Ali Neft Məktəbinin "Fəxri qonaq" diplomu təqdim edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info