Alimlərin I qurultayının vaxtı dəyişdirilib
Tarix: 10.01.2014 | Saat: 16:32:00 | E-mail | Çapa göndər


Azərbaycan alimlərinin I qurultayının keçirilmə vaxtı dəyişdirilib. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli bildirib ki, əvvəllər Azərbaycan alimlərinin I qurultayının 2014-cü il Novruz bayramı ərəfəsində, martın I yarısında - ayın 15-nə kimi keçirilməsi nəzərdə tutulsa da, bəzi səbəblərdən onun vaxtı dəyişdirilib. Onun sözlərinə görə, alimlərin I qurultayı ərəfəsində keçirilməsi nəzərdə tutulan tədbirlər planı kifayət qədər zəngindir: “Qurultay ərəfəsində çoxlu tədbirlərin həyata keçirilməsi üçün hazırlıq işlərinin görülməsi lazımdır. Keçiriləcək tədbirlər planı AMEA Rəyasət Heyətinin iclasında müzakirə edilərək təsdiq edilib. Bunlara qurultaya çıxarılacaq problemlərin müəyyən olunması, elmin koordinasiya olunması ilə bağlı məsələlərin müzakirəsi barədə hazırlıq işlərinin aparılması, ölkədə Elm gününün təsis edilməsi ilə bağlı təkliflərin hazırlanması, akademiya alimlərinin sorğu-bələdçi kitabının yazılması və digər məsələlər daxildir. Bu işlərin görülməsi isə müəyyən qədər vaxt tələb edir. Ona görə qurultay öncəsi tədbirləri həll edərək onun yüksək səviyyədə təşkil etmək üçün keyfiyyətin yüksəldilməsi naminə vaxtın uzadılması qərara alınıb. Qərar qəbul olunub ki, tədbirlər planında nəzərdə tutulan məsələlərin həyata keçirilməsi üçün qurultayın vaxtı bir az uzansın. Buna əsasən də qurultayın vaxtı uzadılıb və martda deyil, bir qədər sonra həyata keçiriləcək”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info