Heyvanların kəsimi ilə bağlı yeni qaydalar hazırlanacaq
Tarix: 10.01.2014 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


Kənd təsərrüfatı naziri Heydər Əsədov Bakıda səfərdə olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) heyvandarlıq sənayesi üzrə baş eksperti Anton Bennetini qəbul edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşün əsas məqsədi Azərbaycanda istehlakçıların sağlam və təhlükəsiz ət və ət məhsulları ilə təminatını yaxşılaşdırmaq məqsədilə ölkədə müasir və beynəlxalq standartlara cavab verən kənd təsərrüfatı heyvanlarının kəsim yerlərinin infrastrukturunun inkişaf etdirilməsi sahəsində FAO tərəfindən müvafiq texniki dəstəyinin göstərilməsi olub. H.Əsədov Azərbaycanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi, kənd yerlərinin iqtisadi inkişafında və kənd əhalisinin güzəranının dəstəklənməsində heyvandarlıq sektorunun oynadığı mühüm rolu və bu sahənin inkişaf etdirilməsində böyük potensialın olduğunu vurğulayıb. O, heyvandarlıq məhsullarının regionlarda emalı, əlavə dəyərin əmələ gəlməsi və satış üzrə iş yerlərinin yaradılmasında geniş imkanlar açdığını qeyd edib. Nazir bildirib ki, sektorun inkişafı ilə əlaqədar rəhbərlik etdiyi qurumun qarşıya qoyduğu məqsədlərdən, o cümlədən Azərbaycanda heyvan mənşəli ərzağa artan tələbi qarşılamaq üçün heyvandarlıq məhsullarının istehsalını və məhsuldarlığını artırmaq, heyvandarlıq müəssisələrinə investisiya qoymaq üçün fermerlərə və sahibkarlara əlverişli mühit yaratmaq, heyvandarlıq sektorunun inkişafı üçün müvafiq texnologiyaları ərsəyə gətirmək, heyvan xəstəliklərinə effektiv və səmərəli qaydada nəzarət etmək vacibdir.
Görüş zamanı heyvan kəsimi yerləri ilə bağlı dünya ölkələrində olan qabaqcıl təcrübədən, Avropa standartlarından, Azərbaycanda bu alt sektor sahəsində mövcud olan çatışmazlıqlardan və bu sahənin inkişaf etdirilməsində mümkün yanaşmalar ətrafında müzakirələr aparılıb. Görüşün sonunda kənd təsərrüfatı heyvanlarının kəsim yerlərinin infrastrukturunun inkişaf etdirilməsi sahəsində FAO-nun köməkliyi ilə strategiyanın və proqramın hazırlanması ilə əlaqədar Təşkilatla əməkdaşlığın edilməsi barədə razılıq əldə olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni Qəbul Mərkəzi istifadəyə verilib
20.05.2019
Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə dərin narahatlıq hissi yaradıb
18.05.2019
“DOST” mərkəzləri əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə rahat şəkildə təminatı imkanlarını artıracaq
17.05.2019
Sahil Babayev və müavinləri vətəndaşlarla görüşüblər
17.05.2019
Azərbaycanda səfərdə olan nümayəndə heyətləri ilk DOST mərkəzində olublar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info