Hövsanın “Şeytan kanalı”
Tarix: 10.01.2014 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


Son illər paytaxtda əsas yolların təmir və bərpa olunması istiqamətində bir sıra tədbirlər görülüb. Bütün bunlar təqdirəlayiq hal olsa da, bəzi Bakıətrafı kənd və qəsəbələrə gedən yollarda problemlər var. Son zamanlar həmin problemlər üzündən yaşanan faciələr isə bu yollara olan diqqəti bir qədər də artırmağı tələb edir. Həmin yollardan biri də Bakının Zığ və Hövsan qəsəbələrini birləşdirən magistral yoldur. Məsələ burasındadır ki, bu yolun çox hissəsində asfalt örtüyü dağılaraq sıradan çıxıb. Gecə saatlarında yolda işıqlandırmanın olmaması isə sürücülərə problem yaradır. İki yolun kəsişməsində yerləşən və çirkab sularının axıdıldığı məşhur Hövsan kanalı isə sürücülər üçün əsl təhlükə mənbəyinə çevrilib. Təsadüfi deyil ki, hövsanlılar hətta bu kanala “Şeytan kanal”ı da deməyə başlayıblar. Çünki son bir ildə bu kanala ona yaxın avtomobil düşüb. Hətta ötən ilin sentyabr ayında iki gün ərzində iki avtomobil bu kanala düşərək faciəyə səbəb olmuşdu. Yeni il başlayan kimi Hövsan kanalı yenə də faciəvi hadisə ilə gündəmə gəldi. Belə ki, yanvarın 9-da sözügedən ərazidə baş verən növbəti qəzada
"Hyundai" markalı avtomobilin Hövsan kanalına düşməsi nəticəsində avtomobildə olan sərnişin dünyasını dəyişib, sürücü isə xilas ola bilib. Sürücü İTV telekanalının əməkdaşı Rafiq Məmmədov olub.
Hadisə nəticəsində boğularaq ölən, sürücünün bacısı - 32 yaşlı Pərvanə Məmmədova isə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı idi. Məsələnin problemli tərəfi qəzanın olması deyil, məhz bu ərazidə olan qəzalarda bir neçə dəfə sərnişin və ya sürücünün boğularaq ölməsidir. Kiçicik araşdırma apardıq və məlum oldu ki, həmin kanalda heç bir təhlükəsizlik vasitəsi-qoruyucu sədd qoyulmayıb. Adətən hər hansı kiçik kanal belə avtomobil yolunun altından və ya çox yaxınlığından keçərsə, həmin ərazidə xüsusi qurğular tikilir ki, əgər sürücü ehtiyatsızlıq etsə, avtomobil həmin maneəyə dəyib, kanala düşməsin. Təklifimiz də budur ki, bu əraziyə-konkret olaraq Hövsanla Zığ yolunun kəsişdiyi yerdə olan kanala nəzarət edən aidiyyəti qurumlar bir tədbir görsünlər.
Sözügedən ərazidən şikayətçi olan sürücülərin sözlərinə görə, ensiz və işıqsız yolun sərt döngəsində yerləşən bu kanalın mövcudluğu barədə xəbərdarlıqedici nişan da qoyulmayıb. Bu səbəbdən sürücülər bir-birilərinin yollarına çıxaraq, tez-tez qəza şəraiti yaradırlar.
Qeyd edək ki, sentyabrın 13 və 14-ü bu yolda iki avtoqəza baş verib. Hər iki halda sürücülərin idarəetməni itirməsi səbəbindən avtomobillər kanala düşüb. Qəzanın biri itkisiz olsa da, digərində 8 aylıq uşaq həyatını itirib.
Hövsan sakinləri yol nişanlarının tezliklə bərpa olunmasını və kanala xüsusi sədd çəkilməsi arzusunda olduqlarını deyərək, bunun qəzaların tələfatsız ötüşəcəyinə səbəb olacağını deyirlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info