Azərbaycan hökuməti Filippinə yardım üçün vəsait ayırdı
Tarix: 10.01.2014 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


Ötən il Filippində baş vermiş Hayyan qasırğasının fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti bu ölkəyə 200 min ABŞ dolları məbləğində vəsait ayırıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, sözügedən vəsait BMT-nin Ümumdünya Ərzaq Proqramının Filippində həyata keçirdiyi humanitar yardım proqramları vasitəsilə zərərçəkmiş əhalinin əsas qida ehtiyaclarının qarşılanmasına sərf ediləcək.
Xatırladaq ki, Hayyan qasırğası 2013-cü ilin 8 noyabr tarixində baş vermişdi. Təbii fəlakət Filippində minlərlə insanın tələfatı və yüzlərlə evin tamamilə dağılması, qida, su və digər ilkin ehtiyac məhsullarında kəskin şəkildə qıtlığa səbəb olmuşdu.
Yaranmış humanitar böhranın miqyasını nəzərə alaraq, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə Filippin hökuməti və BMT beynəlxalq ictimaiyyətə birgə müraciət edib. Bu müraciətə cavab olaraq, dünyanın bir çox ölkələri və beynəlxalq təşkilatları ilə yanaşı, Azərbaycan da Filippinə yardım göstərib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Müxalifətdaxili ziddiyyətlər nə zaman bitəcək?
22.04.2019
Azərbaycan Respublikası Burundi qaçqınlarına yardım edib
22.04.2019
51 icra məmuru ədliyyə orqanlarından xaric edilib
22.04.2019
“Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”
20.04.2019
ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti mümkün görüşünü alqışlayır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info