Cənubi Osetiyada referendum keçirilə bilər
Tarix: 11.01.2014 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Cənubi Osetiya respublikasının ən böyük partiyalarından olan “Vahid Osetiya” Partiyası ölkə rəhbəri Leonid Tibilova “Şimali Osetiya ilə birləşmək” üçün referendum keçirilməsi barədə müraciət hazırlayıb.
Referendum iştirakçıları “Cənubi və Şimali Osetiyanı bir subyekt kimi Rusiyanın tərkibində görmək istəyirsinizmi?” sorğusunu cavablandırmalıdırlar.

“Vahid Osetiya” partiyası bu məsələni bu ilin fevralında Sxinvalidə Cənubi və Şimali Osetiya respublikalarının ən nüfuzlu ictimai-siyasi xadimlərnin iştirak edəcəyi konfransda müzakirəyə çıxarmaq istəyirlər.
Referendum təşəbbüskarları referendumu bu ilin yayında keçiriləcək parlament seçkiləri ilə eyni vaxta salmağı nəzərdə tuturlar. “Vahid Osetiya” partiyasından olan deputatlar referendum üzrə bəyanatla hazırda “Cənubi Osetiya prezidenti” vəzifəsini icra edən Leonid Tibilovun çıxış etməsini istəyirlər. Onlar güman edirlər ki, bu addım ölkə rəhbəri üçün seçkidən əvvəl siyasi xal toplamaq və eyni zamanda, ittihamların qarşısını almaq üçün əla dividend olar.
Partiya lideri Anatoli Bibilova görə, eyni referendum Rusiyada də keçiriləcək. Bunun üçün Rusiyadakı parlament partiyaları və ictimaiyyətlə böyük iş aparmaq tələb olunur.
Qeyd edək ki, Rusiya artıq beş il əvvəl Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.
Ağasəf




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info