Ailə quran iki işsiz gəncdən biri dövlət tərəfindən işlə təmin ediləcək
Tarix: 11.01.2014 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


Milli Məclis ailə quran iki işsiz gəncdən birinin dövlət tərəfindən icbari olaraq işlə təmin edilməsi, gənc ailələrə sosial güzəştlərin tətbiqi, imkanlı ailələrin övladlarına icbari psixoloji yarımın göstərilməsi və s. məsələləri əhatə edən yeni qanun layihəsini bu sessiya müzakirə edəcək.
Milli Məclisin Sosial siyasət komitəsindən verilən məlumata görə, “Gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi haqqında” adlı bu yeni qanun layihəsi komitənin yaz sessiyasında iş planına daxil edilib. Layihədə qanunda nikaha girən işsiz cütlükdən birinin dövlət tərəfindən işlə təmin olunması ilə bağlı xüsusi müddəalar var. Bununla bağlı xüsusi kvotalar müəyyənləşdiriləcək. Məqsəd sosial durumu ağır olan ailələri bu vəziyyətdən birdəfəlik çıxarmaqdır. Yeni qanunda ehtiyacı olan imkanlı gənc ailələrə, imkanlı ailələrin gənc övladlarına psixoloji yardımlar da nəzərdə tutulur. Məqsəd ailə institutunun möhkəmləndirilməsidir. Layihədə eyni zamanda sosial durumu ağır olan gənc ailələrə ipoteka kreditinin uzun müddətə, az faiz və az əməkhaqqı ilə verilməsinə icazə verən müddəalar da var.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info