Azərbaycanlı sənətkar yubileyini qeyd edir
Tarix: 11.01.2014 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Əməkdar incəsənət xadimi, nasir, şair, kinodramaturq Baba Vəziroğlunun 60 yaşı tamam olur.
Bu gün incəsənət xadiminin çevrəsinə yaxın dostları, əzizləri cəm olacaqlar. Hər yeni yaşını evində qeyd edən şairin ənənəsi yubileydə də pozulmur. Dəbdəbədən uzaq olan B.Vəziroğlu 60 yaşını öz ocağında qeyd edəcək. İlk təbriki yaxın dostu, millət vəkili Novruz Aslandan alan Baba müəllim gecədən onu dəyərləndirən hər kəsə təşəkkürünü bildirdi.
Xatırladaq ki, onlarla kitab müəllifi olan B.Vəziroğlunun son illər yaradıcılığı daha çox nəğməli sətirlərə düzülüb. Kamal, Faiq Sücəddinov, Eldar Mansurov, Elçin İmanov kimi bəstəkarlarla iş birliyini onun bu qəbildən uğurlu yaradıcılıq məhsulu hesab etmək olar.
Ədəbi fəaliyyətə “Ulduz” jurnalında çap etdirdiyi "Bir yaz axşamı", "Mağazinçi Dadaş" hekayələri ilə başlayan Baba müəllim sonrakı illərdə “Səhər qatarı”, “Yaddan çıxan görüş”, “Ocaq”, “Yol”, “Dünya dəyməz göz yaşına” kimi povest, hekayə və şeir kitablarının müəllifidir.




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Cəlil Məmmədquluzadənin “Poçt Qutusu” tacik dilində
16.09.2019
Bakının 1918-ci ildə işğaldan azad olunması münasibətilə Ankarada möhtəşəm konsert
16.09.2019
Azərbaycanın “Avroviziya-2020” mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib
16.09.2019
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
14.09.2019
Qobustan Milli Tarix-Bədii Qoruğunda “Açıq qapı“ günləri olacaq

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info