Artaşes Boyadcanyan: “Ermənistan bu gün demoqrafik faciə qarşısındadır”
Tarix: 11.01.2014 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Təkcə Gümrüdə bir il ərzində əhalinin sayı 23 min nəfər azalıb
Demoqraf Artaşes Boyadcanyan bəyan edib ki, Ermənistan bu gün demoqrafik faciə qarşısındadır. “Azadlıq” radiosuna müsahibə verən ekspert bildirib ki, yaxın 5 il ərzində ölkədə nikahların sayı tədricən azalacaq ki, bu da doğumun səviyyəsinin avtomatik şəkildə aşağı düşməsinə səbəb olacaq:

“Bu prosesə paralel olaraq yaşlı insanların sayı artacaq. Bu isə əhalinin təbii artımı prosesinə mənfi təsir göstərəcək. Ona görə də bu gün ölkənin demoqrafik fəlakət səviyyəsinə gəlib çatdığını deyə bilərik. Təkcə Gümrüdə bir il ərzində əhalinin sayı 23 min nəfər azalıb. Bu azalma doğum göstəricilərinə də təsir edir”. Şirak əyalətinin səhiyyə şöbəsinin rəisi Aykuş Avetisyan isə bildirib ki, 2012-ci illə müqayisədə Şirakda doğum göstəricisi 100, Gümrüdə isə 400 nəfər aşağı düşüb. Avetisiyan bu azalmanı miqrasiyanın artması ilə izah edib. Artaşes Boyadcanyan hesab edir ki, demoqrafik vəziyyəti nisbətən sabitləşdirmək üçün miqrasiyanın qarşısını almaq, ölkədən gedənlərin qayıtmasını stimullaşdırmaq lazımdır: “Əgər ölkədən gedənlər bilsələr ki, vətənlərində iş yeri və maaş var, o halda geri qayıda bilərlər. Bizim iqtisadçılar, hakimiyyət belə proqramlar hazırlamalıdırlar”.
Anar




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
“Çinin Uyğur Türklərinə etdiyi təzyiq siyasətinə reaksiya göstərilməlidir“
23.09.2019
Azərbaycanın bugünkü uğurlarında məhz “Əsrin müqaviləsi”nin böyük əhəmiyyəti oldu
22.09.2019
“Əsrin müqaviləsi” Azərbaycan üçün ən vacib strateji layihələrdən biridir
21.09.2019
Torpağını döyüş meydanına çevirmək istəyən buyursun
21.09.2019
Azərbaycan bu gün xarici ölkələrə milyardlarla sərmayələr yatırır, bununla da əlavə gəlir mənbələri yaradır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info