“Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə töhfə verir”
Tarix: 11.01.2014 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Xarici işlər naziri Elmar Məmmədyarovun “EU Reporter” qəzetində “Azərbaycan BMT Təhlükəsizlik Şurasında 2012-2013: qazanılmış təcrübələr” adlı məqaləsi dərc edilib.
Təhlükəsizlik Şurasına üzv seçildikdən sonra Prezident İlham Əliyevin ədalət və beynəlxalq hüququn aliliyinin qorunmasının Azərbaycanın bu qurumda prioritet məqsədləri olacağını bəyan etdiyini yazan müəllif bu strateji baxış əsasında ölkəmizin qurumda öz fəaliyyətini həyata keçirdiyini, təcrübəsini bölüşdüyünü və beynəlxalq sülh və təhlükəsizliyə töhfə verdiyini diqqətə çatdırıb. Azərbaycanın məhz xoşməramlı diplomatiya əsasında Təhlükəsizlik Şurasında konstruktiv dialoq qurduğunu vurğulayan nazir Suriya böhranı ilə əlaqədar müzakirələrdən bəhs edib, ölkəmizin qurumda sədrliyi müddətində bu problemin humanitar fəsadlarının aradan qaldırılmasına əsas yaradan vacib sənədlərin qəbul olunduğunu diqqətə çatdırıb.
E.Məmmədyarov Suriya ilə yanaşı, Mali, Konqo Demokratik Respublikası və Sudan Respublikası-Cənubi Sudan əlaqələri kimi çətin məsələlərə münasibətdə də nailiyyətlərin əldə olunduğunu bildirib. BMT TŞ-nin qeyri-daimi üzvlərinin beynəlxalq sülh və təhlükəsizliyin qorunması naminə daşıdıqları kollektiv məsuliyyətdən yazan müəllif əlavə edib ki, qeyri-daimi üzvlər malik olduqları fərqli və özünəməxsus baxışları, təcrübə və regional bilgiləri əsasında qurumda müzakirələrin gedişinə, konsensus quruculuğu prosesinə və qəbul edilmiş nəticələrə təsir göstərmək iqtidarındadırlar. Bu xüsusda nazir 2012-ci ilin may ayında Azərbaycanın BMT TŞ-də birinci sədrliyi dövründə Prezident İlham Əliyevin sədrliyi ilə terrorizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi mövzusunda keçirilmiş yüksək səviyyəli iclası diqqətə çatdırıb. Azərbaycanın 2013-cü ilin oktyabr ayına təsadüf edən ikinci sədrlik dövründə isə ölkəmizin təşəbbüsü ilə Təhlükəsizlik Şurasının tarixində ilk dəfə BMT və İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığa dair xüsusi iclasın keçirildiyi qeyd edilib.
Nazir Azərbaycanın BMT TŞ-də sədrliyinin Afrika məsələləri üzrə intensiv müzakirələr, Afrika İttifaqı ilə məsləhətləşmələr və BMT TŞ-nin üzvlərinin Afrikaya səfəri və qitə ilə əlaqədar qəbul edilmiş bir sıra vacib qətnamə və bəyanatlarla da yadda qaldığını bildirib.
Müəllif Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və bir milyondan artıq azərbaycanlının öz torpaqlarından qovulması faktına diqqəti cəlb edərək, BMT TŞ-nin səmərəliliyinin ilk növbədə üzv dövlətlərin BMT Nizamnaməsi əsasında üzərlərinə düşən öhdəliklərə riayət etməsindən asılı olduğunun Azərbaycan tərəfindən davamlı şəkildə səsləndirildiyini vurğulayıb. Məqalədə qeyd edilib ki, 1993-cü ildə BMT TŞ Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılmasına dair dörd qətnamə qəbul etməsinə baxmayaraq, rəsmi İrəvan bu sənədləri hələ də icra etmir. BMT TŞ-nin beynəlxalq səhnədə gələcək rolundan yazan E.Məmmədyarov əlavə edib ki, İkinci Dünya müharibəsindən, xüsusilə, XX əsrin 90-cı illərində baş vermiş tektonik və geosiyasi dəyişikliklərdən sonra tərkib, coğrafi təmsilçilik, fəaliyyət metodu və mandatı baxımdan bu qurum islah olunmalı və müasir geosiyasi reallığı özündə əks etdirməlidir.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info