Genişzolaqlı internetin abonent şəbəkəsi 30 faiz artıb
Tarix: 11.01.2014 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


İKT sektorunun artım tempi ənənəvi olaraq ümumdünya orta göstəricisini təxminən iki dəfə üstələyərək 14 faiz təşkil edib və sahə üzrə ümumi gəlirlər 2 milyon dolları ötüb. Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.
Nazir qeyd edib ki, telekommunikasiya sahəsində stasionar telefon şəbəkəsi genişlənərək regionda (MDB və Mərkəzi Asiyada) müasirliyi, keyfiyyəti, əhatə dairəsi və qiymət göstəricilərinə görə ön cərgədədir: “Mobil telefon şəbəkəsi isə əhali və ərazi əhatəsinə görə daha da genişlənərək Avropa orta səviyyəsindən yüksək olub. Hələ, dünyanın bir çox ölkələrində 2-ci nəsil rabitə texnologiyası tətbiq edildiyi halda, ölkəmizdə 3-cü nəsil texnologiya tamamilə, Bakı və Abşeronda isə 4-cü nəsil rabitə texnologiyaları tətbiq olunmağa başlanılıb. Mobil nömrələrin operatorlar arasında avtomatik daşınma sistemi yaradılıb. Qlobal İnternet şəbəkəsinin Azərbaycan seqmenti hesabat ilində inkişaf etmiş, 70 faiz istifadə sıxlığı ilə MDB və Mərkəzi Asiyada öz liderlik yerini saxlayıb. Beynəlxalq şəbəkəyə çıxış 35 faiz, ölkədaxili elektron kontent təxmini hesablamalara görə 40-45 faiz, elektron kommersiya və pərakəndə satış 50 faiz artıb, elektron təhsil və səhiyyə xidmətlərindən istifadə xeyli genişlənib. İnternet üzərində işgüzarlıq fəaliyyəti xeyli sürətlənib. Mobil və stasionar genişzolaqlı internetin abonent şəbəkəsi 30 faiz artıb. Radio və televiziya texniki yayım infrastrukturunun inkişafında hesabat ili rəqəmli efirə keçidlə yadda qalıb. 2013-cü ildə bütün ölkə əhalisinin 95-98 faizi rəqəmli televiziya ilə əhatə olunub və ölkəmiz analoq efiri ilə vidalaşmağa hazırdır. Bu texnoloji göstərici üzrə ölkəmiz inkişaf etmiş ölkələr sırasında yer alıb”. Rabitə və informasiya texnologiyaları nazirinin sözlərinə görə, sərhəd zonalarda qonşu ölkələrdən efirə müdaxilələrin qarşısının alınması üçün üç güclü stansiya quraşdırılıb. Nazir deyib ki, kosmik fəaliyyət sahəsində “Azərspace-1” telekommunikasiya peyki orbitə çıxarılıb və 2013-cü ilin iyul ayından kommersiya fəaliyyətinə başlayıb. Peykdə 60-dan çox televiziya kanallarının, əsasən xarici ölkələrin və müxtəlif rabitə kanallarının təşkili həyata keçirilir. 6 ay ərzində təxminən 10 milyon ABŞ dolları həcmində xarici ölkələrə ixrac xidmətləri göstərilib və bu vəsait “Azərkosmos ASC” tərəfindən Maliyyə Nazirliyinin nəzarəti ilə 2013-cü ilin kredit borclarının təxminən 60-65 faizinin ödənilməsinə yönəlib. Peyklərin yerüstü idarəetmə əsas və ehtiyat mərkəzləri yaradılıb və yerli mütəxəssislər tərəfindən idarə olunur. 2016-cı ilə planlaşdırılan yer səthinin monitorinqi peykinin layihə sənədləri və hazırlıq işləri başa çatmışdır və yaxın vaxtlarda tender elan olunacaq. Müşahidə peyki özünün texnoloji göstəricilərinə görə ən yeni nailiyyətlər sırasındadır. 2017-ci ildə orbitə çıxarılması planlaşdırılan növbəti telekommunikasiya peykinin layihələndirilməsi üzrə işlər davam etdirilib.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info