“Bakı-Tbilisi-Qars dəmiryolu ilə ilk mərhələdə 1 milyon sərnişin daşınacaq”
Tarix: 11.01.2014 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Xəzər Strateji Araşdırmalar İnstitutunun Türkiyədə türk, ingilis və rus dillərində nəşr etdirdiyi “Hazar World” jurnalının 14-cü sayı çapdan çıxıb.
“Enerji və nəqliyyatda Xəzər dövrü başlayır” ümumi başlığı altında oxuculara təqdim edilən jurnalın bu sayı ötən ilin dekabrında 40 ölkədən 600 nümayəndənin iştirakı ilə İstanbuldakı “Çırağan” sarayında keçirilmiş Xəzər Forumunun yekunlarına həsr olunub.

Fotoşəkillər və faktlarla zəngin olan məqalələrdə TANAP və Xəzər nəqliyyat dəhlizinin bölgənin inkişafındakı rolundan ətraflı bəhs edilir. Bildirilir ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu bu nəqliyyat dəhlizinin mühüm hissəsidir. “Dəmir İpək yolu” adlandırılan bu layihə ilkin mərhələdə 1 milyon sərnişin və 6,5 milyon ton yük daşınmasına imkan verəcək. Bu göstəricilər bir neçə il ərzində 3 milyon sərnişin və 20 milyon ton yükdaşımaya çatdırılacaq. BTQ dəmiryolu Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı ticarətin həcmini 10 milyard dollaradək yüksəltməyə şərait yaradacaq. Jurnalda Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına təbrikinə geniş yer ayrılıb. Dövlət başçısının TANAP, TAP və BTQ layihələrinin əhəmiyyəti, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrin Avropanın enerji xəritəsini dəyişəcəyi haqqında dəyərli fikirləri analitik yazılarda təhlil olunub. Prezident İlham Əliyevə “İlin Xəzər dövlət adamı” mükafatının təqdim edilməsi barədə xəbər jurnalın ilk səhifəsində verilib. Digər məqalələrdə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, Sloveniya və Albaniyanın energetika nazirləri Samo Omerzel və Damian Qjiknuri, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və bp şirkətinin regional direktoru Qordon Birrrellin çıxışlarında səslənmiş fikirlər və rəqəmlər yer alıb. Bundan başqa, jurnalda enerji ekspertlərinin SOCAR-ın sərmayəsi ilə inşa edilən “Star” neft emalı zavodu, “Petkim” limanı, digər infrastruktur layihələri ilə bağlı maraqlı yazıları da dərc olunub.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini həmişə hiss edirik
22.09.2019
“Tapa” qasırğası Koreya Respublikasında insan tələfatına səbəb olub
22.09.2019
Bu gün İranda Müqəddəs Müdafiə Həftəsi başlayıb
22.09.2019
Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib
22.09.2019
Erməni qadınların ağuşundakı avropalı deputatlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info