Filmlərdə Şabanın sözləri niyə tərcümə olunmur?
Tarix: 11.01.2014 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


“Şabanın dediyi sözlərin orijinallığını saxlamaq üçün efirə onun öz səsi gedir”
“Xəzər” televiziyasında vaxtaşırı Türkiyənin məşhur aktyoru, mərhum Kamal Sunalın (Şabanın) çəkildiyi filmlər nümayiş olunur. Tamaşaçıların əksəriyyəti etiraf edirlər ki, bu filmlərin türkcədən çevrilməsi izləyici üçün orijinaldakı kimi effekt vermir. Digər tərəfdən, həmin filmlərdə çəkilən bütün aktyorların çıxışları Azərbaycan türkcəsinə çevrilib təkcə Kamal Sunalın sözlərinin orijinalda olduğu kimi saxlanılması izləyicilərin haqlı giley-güzarına səbəb olur. Çünki Kamal Sunalın sözləri orijinaldakı kimi saxlanılır, digər aktyorların söylədikləri isə tərcümə olunur. Bu, ilk növbədə həmin filmlərin izlənilməsinə marağı azaldır. Digər tərəfdən, bu, Milli Televiziya və Radio Şurasının əcnəbi filmlərin Azərbaycan televiziyalarında yalnız tərcümə olunaraq yayımlanması ilə bağlı qərarının pozulması deməkdir. “Xəzər” TV-dəki bu istisna, daha doğrusu, qeyri-müəyyənlik nə ilə bağlıdır? Ola bilsin ki, “Xəzər” TV Kamal Sunalın populyarlığını nəzərə alaraq onun filmlərdəki sözlərini çevirməməklə tamaşaçıların onun iştirakı ilə çəkilən filmlərə marağını itirməməyi nəzərə alıb. Ancaq etiraf edək ki, “Xəzər” TV-nin bu seçimi həmin filmlərə marağı qat-qat azaldır.

“Əgər hər hansı ifadə Azərbaycan dilində başa düşülürsə və tərcümə zamanı orijinallığını itirəcəksə, onun tərcüməsinə lüzum yoxdur. Ümumilikdə, həmin filmlər tərcümə olunur. Bu səbəbdən də dublyaj olunmuş film kimi qəbul edilir. Buna görə də burada elə pozuntu müəyyən etmirik”.
Bunu Modern.az saytına Milli Televiziya və Radio Şurasının aparat rəhbəri Toğrul Məmmədov deyib.
Kinoşünas Aydın Dadaşov isə öz növbəsində, bunun başa düşülən olduğunu bildirib: “Kamal Sunalın filmlərində situasiyalar həlledici rol oynayır, mətn o qədər də həlledici deyil. Filmin ilkinliyinin qorunması baxımından buna normal baxıram. O aktyorun sözləri də tərcümə olunsa, komediya elementləri itə bilər. Biz, tutaq ki, dünya filmlərini tərcümə edirik, bizdə hətta kinostudiyada dublyaj bölməsii var. Hər personajı bir nəfər səsləndirir. Lakin dünyada belə bir praktika yoxdur. Dünya praktikasında orijinaldakı səslər olduğu kimi efirə gedir, amma fonda diktor onu müdaxilə etmədən eyni monoton səslə tərcümə edir. Bütün personajları dublyaj etməyə ehtiyac yoxdur. Bizdə məşhur bir filmi dublyaj edirlər, sonra da hər yerdə yazırlar ki, filan aktyor “Kral Lir”i daha yaxşı oynadı. Onu yenidən oynamağa ehtiyac yoxdur. Aktyorun ampulasını qorumaq lazımdır. O replikaları Kamal Sunal kimi ikiinci bir şəxs deyə bilməz”.
“Xəzər” TV-nin sözçüsü Aqşin Kamalın da məsələ ilə bağlı fikirlərini öyrəndik: “Həmin filmlər dublyaj olunub. Bir ifadənin dublyaj edilməsi çətin bir şey deyil. Sadəcə, “Şaban”ın dediyi sözlərin orijinallığını saxlamaq üçün efirə onun öz səsi gedir. Bu barədə çox fikir mübadiləsi aparılıb, amma o effektin alınmayacağını bildiklərinə görə, belə bir qərar veriblər. Həqiqətən də onun öz üslubu, tərzi var. Könül istərdi ki, onun səsi də dublyaj olunsun, amma bu mümkün deyil. Azərbaycan tamaşaçısı da onu yaxşı başa düşür. MTRŞ-dan bizə rəsmi irad tutulmayıb”.
Milli.Az




 
Bölməyə aid digər xəbərlər
23.09.2020
Opera səhnəmizin “Nigar”ı
22.09.2020
Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb
21.09.2020
“Emmi“ mükafatının qalibləri açıqlanıb
19.09.2020
Şamaxıda Kələxana türbələrində ilk dəfə tamaşa təqdim olunub
18.09.2020
Musiqili Teatr mövsümü “Ər və arvad”la açıq elan edəcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Ətli dovğa
2 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
3 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
4 Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
5 Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info