“Şah Qacar“ı müzakirə etdilər
Tarix: 11.01.2014 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


Bakının 53 saylı orta ümumtəhsil məktəbində Əli Əmirlinin Akademik Milli Dram Teatrında səhnələşdirilmiş “Şah Qacar” adlı tamaşasının geniş müzakirəsi keçirilib.
Teatrdan Milli.Az-a verilən məlumata görə, müzakirədə tamaşanın qurluşçu rejissoru və rəssamı xalq artisti, professor Azər Paşa Nemətov, Şah Qacar rolunun ifaçısı xalq artisti Fuad Poladov, dramaturq Əli Əmirli, Teatrın ədəbi hissə müdiri, teatrşünas Atababa İsmayıloğlu və populyar gənc aktyor Anar Heybətov iştirak ediblər.
Qonaqları məktəbin müəllim və şagird kollektivinə məktəbin direktoru Firəngiz Həsənova təqdim etdikdən sonra məktəb kollektivinin böyük maraqla baxdığı “Şah Qacar” tamaşası haqqında fikirlərini bildirməklə yanaşı, məktəblə teatr arasındakı ilişkilərdən danışıb, teatrın gənclərin estetik tərbiyəsinin və dünyagörüşünün formalaşmasında, mədəni səviyyələrinin artmasındakı əvəzolunmaz rolundan söhbət açıb.
Daha sonra qonaqlar Ağa Məhəmməd şah Qacar, onun yaşadığı, fəaliyyət göstərdiyi zaman, tamaşanın hazırlanması, dramaturq işi, rejissor həlli, aktyor oyunu haqqında müəllimlərin və şagirdlərin çoxsaylı maraqlı suallarına cavab verib, eyni zamanda gənc tamaşaçıların tamaşa haqqında təəssüratlarını dinləyiblər.
Maraqlı disput formatında keçən görüş-müzakirənin sonunda “Şah Qacar” tamaşasının quruluşçu rejissoru və quruluşçu rəssamı Azər Paşa Nemətov məktəbin direktoruna, müəllim-şagird kollektivinə maraqlı tədbirə görə təşəkkürünü bildirib.

Milli.Az




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Amerika istehsalı olan “Möcüzə” filmi “Artım”da nümayiş ediləcək
22.09.2019
Milli Dram Teatrı mövsümü “Qarabağnamə” ilə açıb
22.09.2019
Tunc-İlk Dəmir dövrünə aid yeni kurqanlar aşkarlanıb
22.09.2019
Bakıda Beynəlxalq Sülh Günü ilə bağlı kitab sərgisi təşkil olunub
21.09.2019
Budapeştdə Macarıstan-Türkiyə Gülbaba Festivalı açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info