Kalaşnikovun tövbə məktubu üzə çıxdı
Tarix: 13.01.2014 | Saat: 15:06:00 | E-mail | Çapa göndər


Məlumata görə, "AK-47" avtomat silahının ixtiraçısı sayılan Mixail Kalaşnikov ölümündən əvvəl Rusiya Patriarxı Kirilə tövbə məktubu yazıb. Bu barədə "İzvestiya" qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, 93 yaşlı Kalaşnikov yazdığı məktubda minlərlə insanın ölümündə özünü günahkar sayırmış.
"Qəlbimdəki ağrılar dözülməzdir. Hər gün eyni məsələ məni həddən artıq narahat edir. İxtira etdiyim avtomat silah insanların həyatına son qoyub. Bir kəndli oğlu və pravoslav xristian kimi düşmən olsa belə insanların ölümündə təqsirliyəm.",-deyə Mixail Kalaşnikov məktubunda yazıb.
Rusiya patriarxının mətbuat xidmətinin rəhbəri Aleksandr Volkov isə mövzu ilə bağlı bildirib ki, Kalaşnikovun sağlığında yazılan məktub cavablandırılıb və ona bu mövqeyinə görə təşəkkür edilib.
Hazırda dünyanın 100-dən çox ölkəsi "AK-47"ni silahlı qüvvələrin piyada qoşunlarında əsas avtomat silah kimi istifadə edir.
Mixail Kalaşnikov özü isə uzun sürən xəstəlikdən sonra 23 dekabr 2013-cü ildə dünyasını dəyişmişdi.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
27 dəqiqə ölən qadın o dünya haqqında danışdı
22.09.2019
Moskvadakı müsəlmanların sayı açıqlandı
22.09.2019
NATO-nun ilk azərbaycanlı qadın pilotu: Ləman Bozqurd kimdir?
22.09.2019
Qarşıdakı 20 ildə Çinə məxsus mülki təyyarələrin sayı 10 mini ötəcək
22.09.2019
Özbəkistanda inanılmaz toy və yas qadağaları

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info