20 Yanvar faciəsi insanlığa qarşı bir cinayətdir
Tarix: 13.01.2014 | Saat: 15:13:00 | E-mail | Çapa göndər


|

Qafqaz Universiteti
İqtisadiyyat və idarəetmə fakültəsində dekan müavini


"20 Yanvar faciəsi" SSRİ-nin dağılma prossesində baş verən, hədəfində insanlıq adına dəyərləri yox eləmək olan, ən qanlı hadisələrdən biridir. 1988-ci ildən etibarən Ermənistanın dövlət dəstəkli terrorizmi nəticəsində Dağlıq Qarabağda müharibəyə çəkilən Azərbaycan Respbulikası milli birlik mübarizəsi aparırdı. Azərbaycan xalqı, SSRİ dövründəki assimilyasiya siyasətindən ən az təsirlənən xalq olub. O dövrdə xalqın küçələrə tökülməsi, mitinqlərdə iştirak etməsi, milli birlik və bərabərlik adına verilən bəyanatlarla Azərbaycan xalqı öz suverenliyini yetmiş il sanki ürəyində yaşatdığını bütün dünyaya göstərib. Yarım əsrdən çox SSRİ tərkibində olan Azərbaycanı saxlamaq sovetlər üçün o qədər də asan olmayacaqdı. Bizləri bizlərdən daha yaxşı tanıyan sovet başbilənləri bu həqiqəti də çox yaxşı bilirdilər.
Bu kontekstdə, 1990-cı ilin 19-20 yanvar tarixlərində Bakıda sovetlər tərəfindən tarix boyunca əmsalına ancaq orta əsrlərdə rast gələcəyimiz bir qırğın həyata keçirildi. 26 min nəfərlik sovet birlikləri Bakını işğal edərək əhətəyə almış və şəhərdəki silahsız, dinc əhaliyə qarşı tanklarla, ağır silahlarla planlı şəkildə hücum təşkil etdi. Bu hücumlar qarşısında çaş-baş qalan Bakı əhalisi tanklar vasitəsilə əzilərək, silahlara tuş gələrək mərhəmətsizcə sovet ordusu tərəfindən qətl edildi. Bu qətliamlardakı əsas məqsəd Bakı mərkəz olmaqla, bütün Azərbaycanı sanki əsir alaraq sovetin təsirində bir hökumət təsis etmək və Ermənistanla davam edən Dağlıq Qarabağ müharibəsində Azərbaycanı tamamilə güçsüz buraxmaq idi.
Bu qətliam nəticəsində qadın, yaşlı və uşaqlarla birlikdə 170 nəfər vəhşicəsinə öldürülmüş, 370 nəfər ağır yaralanmış, 321 nəfər itgin düşmüş və Bakı şəhəri döyüş meydanına çevrilmişdi. 20 Yanvar tarixində Bakıdakı qırğınla birlikdə Azərbaycanda sovet rejiminin süqutu sürətləndi. SSRİ-nin dağılması ərəfəsində müxtəlif sovet ölkələrində (Gürcüstanda, Latviyada, Qazaxıstanda) mərkəzi hökumət tərəfindən insanlığa sığmayan tədbirlər görülsə də, digər sovet respublikalarından fərqli olaraq Azərbaycan xalqı, 1991-ci ildə təkrar qazandığı müstəqilliyini ancaq qanla əldə edə bildi.
Həmin illərdə sovet lideri olan M.Qorbaçovun qərarları ilə Bakıda sadəcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı həyata keçirilən 20 Yanvar faciəsindən 24 il keçir. SSRİ-nin dağılmasında fəal rol oynayan Qorbaçovun başqa imperialist güclər tərəfindən "qəhrəman" olduğu elan edildi. Hətta insanlıq naminə cinayətdə imzası olan bu adama Nobel mükafatı verilərək, onun fəaliyyətləri xüsusilə də Qərb dövlətləri tərəfindən təqdir edildi.
Bakının ən yüksək yerlərindən birində yerləşən Şəhidlər xiyabanını ziyarət edib orada hüzur içərisində Azərbaycanın dirçəlişini izləyən şəhidlərimizi yad edərkən, müstəqilliyimizin nə qədər dəyərli olduğunu daha yaxşı anlaya bilərik. 20 Yanvar faciəsi imperializmin kirli üzünü, fəsadlarını da açıq aydın göstərməsi baxımından əhəmiyyət kəsb edir. O tarixlərdə Qərb dövlətləri SSRİ-nin dağılmasına hazır deyildilər. Bu səbəbdən Qərb dövlətləri ümumiyyətlə, SSRİ regionunda Rusiyaya öncəlik verən siyasət aparırdılar.
Bunun səbəblərinə nəzər salanda, 20 Yanvar faciəsi türklərə və eyni zamanda müsəlman əhaliyə indekslənmiş, qlobal səviyyədə imperialist siyasətlərin bir məhsulu, yeni dünya "nizamındakı" bir mərhələsi kimi əslində bütün insanlıq adına işlənmiş bir cinayətdir. Bu qətliamın bu şəkildə bilinməsi və xatırlanması zərurətdi... Cani kimdir görəsən... Sovet rejimidirmi? Nobel mükafatına layiq görülən Qorbaçovdurmu? Cinayətkarlar, adları nə olursa olsun, dövrdən dövrə dəyişiklik göstərən, ancaq hədəfləri insanlıq, insani dəyərlər olan "cinayət mərkəzli sistem" yaradan və tətbiq edənlərdir... Bu oyunların mərkəzində qalmamaq üçün xalq olaraq öz dəyərlərimizə sahib çıxmalıyıq. İmperialist məqsədlər çərçivəsində SSRİ ordusu tərəfindən törədilən 20 Yanvar faciəsini doğru oxumalıyıq və bunun kimi bir daha qanlı cinayətlərə məruz qalmamaq üçün, necə deyərlər - tariximizin bu şəkildə təkrar edilməməsi adına, bu hadisələrdən lazımi dərsləri almağımız əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamına da müvafiq, “20 Yanvar faciəsinin 24-cü ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”nın xüsusilə də xaricə istiqamətli olaraq intensiv həyata keçirilməsi və insanlığa qarşı bir cinayətə məruz qaldığımızın göstərilməsi önəmlidir. Təkrar ildönümü səbəbilə bütün şəhidlərimizi hörmət və sevgiylə xatırlayaraq onlarla qürur duyur, bizlərə buraxdıqları vətən torpağından onlara Allahdan rəhmət diləyirik.




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info