Ağcabədidə Gənclərin İnkişaf Akademiyası təşkil olunur
Tarix: 13.01.2014 | Saat: 15:28:00 | E-mail | Çapa göndər


Gənclər üçün Təhsil Mərkəzi Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra etdiyi “Gənclərin İnkişaf Akademiyası” layihəsi çərçivəsində Ağcabədi rayonunda növbəti tədbirlərə başlayıb. Tədbirlərin keçirilməsində məqsəd Ağcabədi rayonunda məskunlaşmış gənclərin ictimai və sosial inkişafına, təşəbbüskarlığının artırılmasına, müxtəlif ideyalarının reallaşdırılmasına dəstək verməkdir.
Ağcabədi rayonunda keçirilən tədbirlər bir neçə mərhələdə icra olunacaq. İlkin mərhələdə “Gənclərin İnkişaf Akademiyası” yaradılacaq, onun strukturu formalaşdırılacaq və fəaliyyət göstərməsi üçün zəruri təlimlər keçiriləcək. İkinci mərhələdə isə yaradılmış Akademiya vasitəsilə gənclərin inkişafına yönəlmiş fəaliyyətlər nəzərdə tutulur.
Layihə rəhbəri Qızılgül Teyyubovanın verdiyi məlumata görə, sözügedən tədbirlər Bakı, Mingəçevir, Sumqayıt və Hacıqabulda başa çatıb. Hazırda həmin regionlarla yanaşı, Ağcabədi rayonunda da gənclərin iştirakı ilə sosial aksiyalar, tədbirlər, müsabiqə və yarışlar, mədəni və idman tədbirləri təşkil olunur. Bunlarla yanaşı, həftə sonlarında layihə iştirakçıları ilə aktiv gənc liderlərin, deputatların, media rəhbərləri və digər tanınmış simaların görüşləri keçirilir.
Xatırladaq ki, yaradılan Akademiya Mərkəzin Ağcabədi rayonundakı regional ofisi daxilində fəaliyyət göstərəcək. Artıq bununla bağlı zəruri şərait də yaradılıb.





 
Bölməyə aid digər xəbərlər
26.06.2019
“Rossiyskaya qazeta” rusiyalı turistləri Azərbaycana dəvət edir
26.06.2019
“Danışır Xocalı” sənədli filminə ictimai baxış keçirilib
25.06.2019
“Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib
25.06.2019
Şirməmməd Ağaməmməd oğlu Hüseynov
25.06.2019
Gənclər üçün festivalın növbəti ünvanı Quba şəhəri olub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info