Yaponiya televiziya kanalında Azərbaycan haqqında veriliş
Tarix: 13.01.2014 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Yaponiyanın tanınmış “TV Tokyo Corporation” televiziya kanalı ilə Azərbaycan haqqında veriliş nümayiş olunub.
Şirkətin çəkiliş qrupu Azərbaycana həsr olunmuş xüsusi verilişin hazırlanması məqsədilə ötən ilin oktyabr ayında ölkəmizdə olub. Həmin səfər zamanı çəkilmiş və bu günlərdə “TV Tokyo 7 Digital” telekanalında nümayiş olunmuş veriliş yapon tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Verilişdə Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevə olan əbədi sevgisi, onun öz adını müasir Azərbaycan intibahının başlanğıcını qoyan dahi şəxsiyyət kimi adını xalqımızın qəlbinə və tarixinə yazdıran böyük lider olduğu qeyd edilir. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevə xalq tərəfindən olan dəstək, ölkəmizin əldə etdiyi nailiyyətlərdə, respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı bütün uğurlarda dövlətimizin başçısının yorulmaz və davamlı fəaliyyəti barədə məlumat da öz əksini tapıb.
Verilişdə qeyd edilir ki, Azərbaycan ərazicə Yaponiyanın Hokkaydo adasından bir qədər böyükdür və zəngin təbii ehtiyatlara malikdir. Paytaxt Bakı həm keçmişin, həm də müasir dövrün memarlıq üslubunda tikilmiş binaları ilə diqqəti cəlb edir.
Bakının müasir tikililərindən danışan müəlliflər möhtəşəm “Alov qüllələri” kompleksini tamaşaçılara təqdim edərək onun Azərbaycanın rəmzinə çevrilmiş od şəklində inşa edildiyini bildirirlər.
Azərbaycanın turizm üçün çox gözəl ölkə olduğunu qeyd edən müəlliflər Bakının gecə mənzərələri, Dövlət Bayrağı Meydanı, Televiziya qülləsi, paytaxtın gecə illüminasiyaları və digər müasir tikililər barədə də tamaşaçılara ətraflı məlumat verirlər.
Verilişdə ölkəmizdə mövcud olan təbiət möcüzələri, o cümlədən nadir təbiət hadisəsi sayılan palçıq vulkanları haqqında ətraflı məlumat yer alır. Çəkiliş qrupu, eyni zamanda, Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi, son illər əldə edilmiş uğurları haqqında da yaponiyalı tamaşaçıları geniş məlumatlandırır.
Azərbaycanın qədim neft hasilatı ənənələrinə malik olduğu, karbohidrogen ehtiyatlarından səmərəli istifadə nəticəsində son illər respublikanın sürətlə inkişaf etdiyi vurğulanır. Avropanın enerji təhlükəsizliyində ölkəmizin artan rolu xüsusi qeyd edilir.
Verilişdə Azərbaycanın nadir təbiət hadisələri ilə zəngin olduğu qeyd edilir, dörd min il yaşı olan “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu təbiət abidəsi haqqında danışılır.
Neftdən yalnız yanacaq kimi deyil, eyni zamanda, müalicəvi məqsədlərlə istifadə edildiyini bildirən çəkiliş qrupu “Naftalan” Sağlamlıq Mərkəzi, burada göstərilən tibbi xidmət, neft prosedurunun insan orqanizminə xoş təsiri barədə ətraflı məlumat verir.
Verilişdə Azərbaycan mətbəxinin zənginliyi və tamı xüsusi olaraq qeyd edilir. Azərbaycanlı ailəsində qonaq olan çəkiliş qrupu xalqımızın qonaqpərvərliyini və mehribanlığını xüsusi vurğulayır.
Ölkəmizdə Yaponiyaya böyük marağın olduğu, Azərbaycan Dillər Universitetində tələbələrin yapon dilini səylə öyrəndiyi, burada Yapon Mərkəzinin fəaliyyət göstərdiyi bildirilir.
Azərbaycanın nəhəng layihələrə imza atdığı, hakimiyyətdə olduğu on il ərzində xalq arasında geniş populyarlıq qazanmış Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara, “Ağ şəhər” və “Xəzər adaları” kimi modern layihələrə xüsusi diqqət yetirilir.




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Cəlil Məmmədquluzadənin “Poçt Qutusu” tacik dilində
16.09.2019
Bakının 1918-ci ildə işğaldan azad olunması münasibətilə Ankarada möhtəşəm konsert
16.09.2019
Azərbaycanın “Avroviziya-2020” mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib
16.09.2019
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
14.09.2019
Qobustan Milli Tarix-Bədii Qoruğunda “Açıq qapı“ günləri olacaq

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info