20 Yanvar faciəsi ilə bağlı dünyanın bir sıra ölkələrində tədbirlər keçiriləcək
Tarix: 13.01.2014 | Saat: 19:16:00 | E-mail | Çapa göndər


Hər il olduğu kimi bu il də 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar dünyanın bir sıra ölkələrində Azərbaycan diaspor təşkilatları tərəfindən müxtəlif formatlı tədbirlər keçiriləcək. Belə ki, ABŞ, Kanada, Latın Amerikası ölkələri, Avstraliya və Yeni Zelandiya da daxil olmaqla dünyanın bir çox ölkələrində 20 Yanvar faciəsinin qurbanları yad edilir. Belə ki, yanvarın 19-dan başlayaraq ABŞ-ın paytaxtı Vaşinqtonda, həmçinin Hyuston, Nyu-York, San Fransisko və azərbaycanlıların kompakt yaşadığı digər şəhərlərdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunan anım mərasimləri, dəyirmi masaların keçirilməsi, faciəni əks etdirən video çarxların və sənədli filmlərin nümayişi nəzərdə tutulur. Almaniyanın müxtəlif subyektlərində də 20 Yanvar faciəsi ilə bağlı müxtəlif formatlı tədbirlər təşkil olunur. Almaniyanın Maqdeburq, Berlin və digər şəhərlərində silsilə tədbirlərin keçirilməsi davam etdirilir. 18-23 yanvar tarixlərində Niderland Krallığının Haaqa, Amsterdam və Rotterdam şəhərlərində digər xalqların diaspor nümayəndələrinin də iştirakı ilə 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunan anım tədbirlərinin keçirilməsi, həmçinin, Niderland Krallığının, Belçika Krallığının və Lüksemburqun siyasi partiyalarına Faciə ilə bağlı bəyannamələrin göndərilməsi planlaşdırılır. Yanvarın 19-da 20 Yanvar faciəsi ilə əlaqədar Türkiyənin Kocaeli şəhərində də regional televiziya kanalı olan 41 TV kanalında 20 Yanvar faciəsi ilə bağlı Federasiyasının sədri Bilal Dündarın iştirakıyla brifinq keçiriləcək. Brifinqdə milli azadlığı və ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı Sovet rejiminin törətdiyi kütləvi terror haqqında ictimaiyyətə ətraflı məlumat veriləcək. Yanvarın 20-də isə Türkiyə Respublikasının Kocaeli şəhərində 20 Yanvar faciəsinin iyirimi dördüncü ildönümü ilə əlaqədar tarixçi - yazıçı Abdulla Köktürün iştirakı ilə konfrans, Kültür Evində fəaliyyət göstərən Azərbaycan Muzeyində fotosərgi, Adana şəhərində isə “Azərbaycan tarixinin Qanlı səhifəsi” mövzusunda elmi-praktik konfrans keçiriləcək. Yanvarın 19-da Birləşmiş Ərəb Əmirliyində 20 Yanvar faciəsindən bəhs edən sənədli filmlərin nümayişi, yerli qəzetlərdə isə bu barədə ətraflı məlumatların çap olunması nəzərdə tutulub. Həmçinin 19-20 yanvar tarixlərində Gürcüstanın Qardabani, Marneuli, Tbilisi Rustavi şəhərlərində də Faciə ilə bağlı anım mərasimləri, konfrans, dəyirmi masa, şəhidlərin xatirəsinə həsr olunmuş fotosərgi keçiriləcək. Rusiya Federasiyasının paytaxtı Moskvada, həmçinin Sank-Peterburq, Ekaterinburq şəhərlərində və Federasiyasının digər müxtəlif subyektlərində, Ukraynanın paytaxtı Kiyevdə, Xarkov və Denepropetrovsk şəhərlərində, bundan başqa Belarus Respublikasının Minsk şəhəri və Moldova Respublikasının Kişinyov şəhərində də faciənin iyirmi dördüncü ildönümünə həsr olunmuş anım mərasimləri təşkil olunacaq. Silsilə tədbirlərin davamı olaraq yanvarın 20-də Misirin Qahirə şəhərində də 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunan anım mərasimi keçiriləcək və “Şəhidlərimiz” mövzusunda fotosərgi nümayiş olunacaq. 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümü ilə bağlı Qırğızıstanın Bişkek şəhərində “20 Yanvar faciəsinin Azərbaycan xalqının milli azadlıq hərəkatında yeri və rolu”mövzusunda konfrans keçiriləcək, fotosərgi və sənədli filimlərin nümayişi təşkil olunacaq, həmçinin “20 Yanvar qəhrəmanlıq tariximizin səhifəsi” mövzusunda dəyirmi masa keçiriləcək. Qazaxıstanın Astana şəhərində “Azərbaycan xalqının azadlıq uğrunda qəhrəmanlıq mübarizəsi” mövzusunda elmi-praktiki konfrans, Almatı şəhərində isə “20 Yanvar faciəsi Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş dəhşətli cinayət” mövzusunda konfrans və fotosərgi təşkil olunacaq. 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı bir sıra digər ölkələrdə də tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info