Zərifə Əliyevanın fəaliyyətinə dair kitab nəşr olunub
Tarix: 13.01.2014 | Saat: 19:37:00 | E-mail | Çapa göndər


Ölkəmizin ən nüfuzlu elm məbədi olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından görkəmli oftalmoloq alim, akademik Zərifə Əziz qızı Əliyevanın elmi, pedaqoji və ictimai fəaliyyətini əks etdirən biobiblioqrafik göstəricini nəşr edib.
Kitabxanadan bildiriblər ki, nəşrin tərtibçi müəllifi filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərlidir.
Azərbaycan Milli Elmlər Akademiyası rəyasət heyətinin qərarına əsasən hazırlanan, AMEA Mərkəzi Elmi Kitabxanasının direktor müavini Firəngiz Hüseynova və akademiyanın Mərkəzi Elmi Kitabxanasının bölmə müdiri İsmət Səfərovun redaktorluğu ilə işıq üzü görən biobiblioqrafiyada alimin kitab və monoqrafiyaları, dərs vəsaitləri, dövri mətbuatda və ayrı-ayrı məcmuələrdə dərc olunmuş elmi məqalələri və başqaları daxil edilib. Göstəricidə materiallar bir neçə bölmədə təqdim edilib: “Həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas tarixləri”; “Görkəmli dövlət, elm və mədəniyyət xadimləri Zərifə Əliyeva haqqında”; “Əsərlərinin biblioqrafiyası”; “Dissertasiyalara elmi rəhbərlik”; “Həyatı, elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında ədəbiyyat”; “Veblioqrafiya”.
Biobiblioqrafiyada AMEA-nın prezidenti, akademik Akif Əlizadənin “Böyük insan, unudulmaz alim” başlıqlı məqaləsində, akademik Əhliman Əmiraslanovun “Zərifə Əliyevanın elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında qısa oçerk”ində alimin elmi-pedaqoji və ictimai fəaliyyəti, onun Azərbaycanda tibb elminin inkişafında böyük töhfələri üç dildə - Azərbaycan, rus və ingilis dillərində geniş işıqlandırılıb.
Biobiblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə alimin əsərlərinin, həyat və fəaliyyəti haqqında və onun barəsində yazan müəlliflərin adları əlifba göstəricisi ilə verilib. Biobiblioqrafik-göstərici Akademik Zərifə Əliyeva haqqında hərtərəfli məlumat almaq istəyən oxucular üçün əvəzedilməz bir vəsaitdir.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycanın dəstəyi ilə Dərbənddə xalçaçılıq muzeyi yaradılacaq
20.09.2019
“Şirinlər” növbəti dəfə Gənc Tamaşaçılar Teatrının səhnəsinə çıxacaq
19.09.2019
Azərbaycanlı rəssamın Neapol uğuru
19.09.2019
Milli Musiqi Günü münasibətilə Fəvvarələr meydanında konsert təşkil edilib
19.09.2019
“YARAT”da Rusiya istehsalı olan filmlər göstəriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info