Bakıda ictimai nəqliyyatda gediş haqlarının kartla ödənilməsinə başlanılıb
Tarix: 13.01.2014 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


Bakıda ictimai nəqliyyatda gediş haqlarının kartla ödənişi sisteminin tətbiqinə başlanılıb.
Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov AzərTAc-a bildirib ki, hazırda kartlar 10 və 95 nömrəli marşrutlarda tətbiq olunur. Fevralın sonuna kimi kart sistemi 36 marşrut xətti üzrə hərəkət edən 650 avtobusda tətbiq ediləcək.
Kartın qiyməti 3 manatdır, onun 2 manatı sığorta depozitidir, 1 manat isə balansa yüklənilir. Artıq 450 minə yaxın kart hazırdır. Bir milyona yaxın kart isə sifariş edilib. Ümumilikdə proses 2014-cü ilin sonunadək başa çatdırılacaq. Xüsusi verifikatorlar paytaxtda fəaliyyət göstərən 1000 avtobusda quraşdırılıb.
Nəqliyyat kartından istifadə qaydaları barədə məlumat verən N.Həsənov deyib ki, ictimai nəqliyyat istifadəçisi ilk dəfə kartın alınması üçün 2 manat (sığorta depoziti) və nəqliyyatda gediş haqlarının ödənilməsi üçün 1 manat ödəməlidir. Sığorta depoziti üçün ödənilmiş məbləğ istifadəçiyə kartı qaytararkən geri ödənilir. Nəqliyyat kartını yalnız “Bank of Azerbaijan” ASC-nin satış nöqtələrində geri qaytarmaq mümkündür. İstifadəçi kartı geri qaytararkən öz şəxsiyyət vəsiqəsini təqdim etməlidir.
İstifadəçi “Bank of Azerbaijan” ASC-nin satış nöqtələrindən, “Yolkart” loqosu ilə təchiz olunan ticarət obyektlərindən (Bakı şəhəri üzrə ticarət köşklərindən, “Qasid” firmasının köşklərindən, iri supermarketlərdən və digər ticarət obyektlərindən) ödəniş kartını ala, balansı artıra və yaxud balansı öyrənə bilər.
Nazirliyin rəsmisi bildirib ki, gediş haqqının ödənilməsi sərnişinin avtobusa ön qapıdan daxil olduğu zaman həyata keçirilir. O, avtobusa daxil olaraq kartını validatora yaxınlaşdırır və kartından gediş haqqı silindikdən sonra avtobusun salonuna keçir. Gediş haqqının silinməsi ictimai nəqliyyatda olan müvafiq tarifə əsasən həyata keçirilir.
Həmçinin, kart sınarkən və ya zədələnərkən kartda istifadə edilməmiş məbləğ qalarsa, istifadəçi “Bank of Azerbaijan” ASC–nin satış nöqtələrinə müraciət etməklə (şəxsiyyət vəsiqəsini təqdim etmək vacibdir) yeni kart sifariş edə və istifadə edilməmiş balansı yararsız kartdan yeni karta köçürə bilər. Bu vaxt istifadəçi 2 manat həcmində sığorta depozitini yenidən ödəməlidir.
N.Həsənov bildirib ki, nəqliyyat kartı adsız bank kartı olduğu üçün itirilmiş kartın balansının bərpası mümkün deyildir. Kart itirildiyi halda balansın geri alınması və ya digər karta köçürülməsi üçün istifadəçidən adlı kartın alınması tələb olunur. Bunun üçün “Bank of Azerbaijan” ASC–nin satış nöqtələrinə şəxsiyyət vəsiqəsini təqdim etməklə kartı qeydiyyatdan keçirmək olar. Bankda qeydiyyatdan keçirilmiş kart itirilərkən onu bloklaşdırmaq olar.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info