Bu il ölkəmiz 10 beynəlxalq sərgidə təmsil olunacaq
Tarix: 13.01.2014 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


2014-cü ilin ilk ayında beynəlxalq turizm sərgilərinə də start verilir. Dünyanın müxtəlif şəhərlərində reallaşacaq sərgilərdə Azərbaycan da Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təmsil olunacaq. Nazirliyin Turizm şöbəsindən aldığımız məlumata görə, bu il ölkəmiz 10 beynəlxalq turizm sərgisində iştirak edəcək. İştirakçısı olacağımız ilk sərgi Türkiyənin İstanbul şəhərində baş tutacaq. 30 yanvar - 2 fevral tarixlərində gerçəkləşəcək «EMİTT-2014» sərgisində nazirliyin Turizm şöbəsinin Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclunun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcək. Heyətdə «Rixos Quba Azerbaijan», «Təbriz», «Divan Exspress», «Jumeirah Bilgah Beach Hotel», «Excelsior Hotel in Baku» mehmanxanaları, «Regea Travel», «Geo Travel», «Proksi Travel», «Gilan Turizm», «Millennium Travel» və «Qrinviç Travel» turizm şirkətlərinin nümayəndələri də yer alacaq.
Sərgidə ölkəmizin turizm imkanlarının nümayiş etdirilməsi məqsədilə 70 kvadratmetrlik sahə icarəyə götürülüb. Sərgi günlərdə iştirakçı və ziyarətçilərə paylanmaq üçün ingilis və türk dillərində müxtəlif növ reklam-çap məhsulları, digər təbliğat materialları hazırlanıb. Qeyd edək ki, ölkəmiz 2003-cü ildən ənənəvi olaraq «EMİTT» beynəlxalq turizm sərgisində iştirak edir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info