Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb
Tarix: 14.01.2014 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


2013-cü il ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 18,8 faiz artaraq 17 098 nəfərə yüksəlib. Bu barədə fonddan qəzetimizə bildirilib. Hesabat dövründə Fond tərəfindən əlavə olaraq 3 222 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb.
Cari ilin yanvarın 1-i tarixinə olan statistikaya əsasən, əcnəbilərin 89,8 faizini kişilər, 10,2 faizini isə qadınlar təşkil edir. Ümumilikdə 100 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Türkiyə, Gürcüstan və Rusiya vətəndaşlarına məxsusdur. Belə ki, hazırda sistemdə qeydiyyatda olan əcnəbilərin 9 848 nəfərini Türkiyə vətəndaşları, 1 881 nəfərini Gürcüstan vətəndaşları, 904 nəfərini Rusiya Federasiyasının vətəndaşları təşkil edir.
Sonrakı yerlərdə İran İslam Respublikası (560), Hindistan (422), Çin Xalq Respublikası (404), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (247), Özbəkistan (199), Benqladeş Xalq Respublikası (189), Pakistan İslam Respublikası (156), Almaniya (151), Ukrayna (148), Bosniya və Hersoqovina (130), Filippin (127), İtaliya (117), Türkmənistan (117), Qazaxıstan (117), ABŞ (105), Malayziya (93), və s. ölkələr gəlir.
2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir.
İlkin




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info