Bulvarın Bibiheybət qəsəbəsinə kimi uzadılması işləri həyata keçirilir
Tarix: 14.01.2014 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


Ölkə rəhbərliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğısının artması nəticəsində Səbail rayonunda, həmçinin şəhərimizin ən qədim yaşayış məntəqələrindən olan Bibiheybət qəsəbəsində bir sıra işlər həyata keçirilib. Ötən il görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları Səbail Rayon İcra Hakimiyyəti başçısının, rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon və Bibiheybət qəsəbəsi ictimaiyyətinin iştirakı ilə keçirilən və 2013-cü ilin yekunlarına həsr olunan yığıncağında müzakirə olunub, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilib.
Hesabat məruzəsi ilə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının Bibiheybət qəsəbəsi üzrə nümayəndəsi Fariz Xəlilov bildirib ki, qəsəbədə hazırda 2350 nəfər əhali yaşayır, burada həmçinin 360 nəfər məcburi köçkün məskunlaşıb. 2013-cü ildə «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı» və həmin Proqrama Əlavə Tədbirlər Planının icrası ilə bağlı qəsəbə Mədəniyyət evi və kitabxanada əsaslı təmir-möhkəmləndirmə işləri aparılıb, burada əlavə sahə tikilib, istilik sistemi qurulub. Qəsəbədəki 70 saylı Uşaq bağçası üçün 2 mərtəbəli, 1 musiqi zalı və 3 yardımçı otağı olan əlavə korpus tikilib, bağçanın köhnə binası əsaslı təmir olunaraq lazımi ləvazimatlarla təchiz olunub. Sakinlərin müraciəti nəzərə alınaraq qəsəbədə yeni poçt məntəqəsi yaradılıb. Görülən işlərdən biri kimi Namiq Quliyev küçəsində abadlıq işləri aparılıb, 300 ədəd yeni ağac və kol əkilib. Məcburi köçkünlərin məskunlaşdığı «Şıx» sanatoriyasında kanalizasiya sistemi əsaslı, su xətləri cari təmir olunub. Şəhid Cəbrayıl Əsgərovun valideyinlərinin müraciəti nəzərə alınaraq Səbail Rayon İcra Hakimiyyəti tərəfindən şəhidin vaxtı ilə oxuduğu 50 saylı orta məktəbin binasına onun xatirə lövhəsi quraşdırılıb. İl ərzində qəsəbədə Səbail rayon Enerji təchizatı və satış idarəsi tərəfindən kabelləşdirmə işləri başa çatdırılıb, qəsəbədə abonentlər tam sayğaclaşdırılıb. Səbail rayon Qaz İstismar sahəsi tərəfindən qəsəbədəki abonentlər üçün 350 ədəd yeni smart kart tipli sayğac, «Azərsu» ASC tərəfindən isə 70 ədəd yeni su sayğacı quraşdırılıb.
Yığıncaqda çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov Prezident İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Bibiheybət qəsəbəsinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışıb. A.Əsgərov 2013-cü ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat verib, qeyd edib ki, ölkə başçısının tapşırıqlarına əsasən hazırda Bakı Bulvarının Bibiheybət qəsəbəsinə kimi uzadılması işləri həyata keçirilir. O, bidirib ki, RİH tərəfindən görülən işlərdən əlavə digər məhəllələr də abadlaşdırılacaq, qəsəbədaxili yolların təmiri, qəsəbənin su və kanalizasiya sistemi yenidən qurulması, qəsəbədaxili küçələrin asfaltlaşdırılması və işaqlandırılması ilə bağlı tədbirlər görüləcək.
Nigar




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
Ağdamın 20 yaşayış məntəqəsində 35 subartezian quyusu qazılacaq
10.12.2018
Masallıda Çin Xalq Respublikasından gətirilmiş 20 min tut tingi əkilib
09.12.2018
Masallıda arıçılara subsidiyaların verilməsinə başlanılır
08.12.2018
Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının fəaliyyəti ilə bağlı iclas keçirilib
07.12.2018
Şəkinin daha bir kəndinə təbii qaz verilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
4 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
5 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info