“Cəmiyyət inkişaf etdikcə gənclərin təfəkküründə yeniliklər baş verir”
Tarix: 14.01.2014 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


Yusif Ağayev: “Azərbaycanda dövlət siyasəti dünyada öndə gedən siyasi modellərdən biridir”

“Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzi 2007-ci ildən rəsmi fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi gənclər arasında əməkdaşlığın və əlaqələrin inkişafına kömək etmək, onların ölkənin elmi, ictimai, mədəni həyatında fəal iştirakını təmin etməkdir. Mərkəz, gənclərin potensiallarından məqsədyönlü şəkildə istifadə edərək ölkəmizin həqiqətlərinin təbliğ edilməsində daha fəal, ardıcıl iştirak etməyi, kreativ ideyaları, innovativ yanaşma metodlarının tətbiqini əsas istiqamətlərindən biri kimi müəyyən edib. Eyni zamanda, Dağlıq Qarabağ probleminin həlli istiqamətində atılan addımların, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə obyektiv çatdırılması kimi məsələləri öz qarşısına məqsəd qoyub. Mərkəz, həmçinin, xaricdə təhsil alan gənclərlə əlaqələr quraraq, təhsil aldıqları ölkələrdə Azərbaycanın təbliği istiqamətindəki fəaliyyətlərində onlara yaxından kömək etməyi özünün digər prioriteti kimi müəyyən edir. Təşkilatın sədri Yusif Ağayev dövlətin gənclər siyasəti, eləcə də öz fəaliyyətləri ilə bağlı qəzetimizə müsahibə verdi.

-Dövlətimizin apardığı gənclər siy asəti gənc nəslin həyatında hansı müsbət dəyişikliklər yaradıb?
-Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra gənc nəslə diqqət dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilməyə başladı. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran ulu öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə sərəncamlar imzalayıb. Ümummilli liderin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi gənclərin qarşısında duran problemlərin həllinə münasibətin köklü surətdə dəyişməsinə imkan yaratdı və onları vahid azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşdirdi. Bu gün dövlətin apardığı gənclər siyasəti yeni uğurlu inkişaf mərhələsini yaşamaqdadır. Bununla yanaşı, gənclərin üzləşdiyi problemlərin elmi şəkildə öyrənilməsi bütün dövrlərin vacib məsələsidir və zaman dəyişdikcə, illər ötdükcə dövlət gənclər siyasətinin həyata keçirilməsi sahəsində həlli vacib bir sıra məsələlər ortaya çıxır. Dövlətin həyata keçirdiyi strategiya təsdiqləyir ki, gənclər siyasəti müəyyən dövr çərçivəsində deyil, bütün zamanlarda dövlət siyasətinin əsas qollarından biri kimi aktuallığını itirməyəcək. 1994-cü ildən başlayaraq bu istiqamətdə ayrı-ayrı dövlət proqramları həyata keçirilib, onların müxtəlif sahələrdə reallaşması, mühüm vəzifələrin gənclərə həvalə edilməsi prosesi sürətlənib. Azərbaycanda gənclərlə bağlı dövlət proqramları (2005-2009-cu illər, 2011-2015-ci illər), "2007-ci ilin "Gənclər ili" elan edilməsi haqqında" Prezident sərəncamları bir daha hakimiyyətin gənclərlə bağlı siyasi kursunun əsil mahiyyətini ortaya qoymaqla yanaşı, kursun davamlı inkişafda olduğunu göstərdi. Prezident İlham Əliyev tərəfindən 2007-ci ilin "Gənclər ili" elan edilməsində məqsəd gənclərin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştiraklarının, sosial problemlərinin həllinin və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsidir.
-Dövlətin tutduğu gənclər siyasəti kursu gənclərə öz potensialını üzə çıxarmağa hansı imkanlar verir?
-Hər bir inkişafın əsası elmə, biliyə söykənməlidir. Dövlətin gənclər siyasəti sahəsində həyata keçirdiyi fəaliyyətinin əsasında məhz bu amilin dayanması ümidvericidir. Bu baxımdan gələcəyə nikbin baxaraq deyə bilərik ki, ölkədə gənclərin inkişafı üçün yaradılan mühit gənclərin potensiallarının üzə çıxarılmasına münbit şərait yaradır. Prezident İlham Əliyevin ölkədə elm və təhsili hədəf kimi müəyyən etməsi, onun imzaladığı sənədlərdə dövlətçiliyin inkişafında yeni ənənə olaraq beyin mərkəzilərinin yaradılması, biliyə əsaslanan cəmiyyətin inkişafına dəstək, insan potensialının inkişafı istiqamətindəki göstərişləri bu sahəyə olan xüsusi diqqətdən xəbər verir. Deməyə əsas var ki, insan potensialının inkişafı Azərbaycan Respublikasında dövlət siyasətinin vacib hissəsini təşkil edir. Ölkədə yüzlərlə yeni müasir ali və orta məktəblər tikilir, mövcud olan təhsil müəssisələri yenidən qurulur, ən müasir avadanlıq və tədris vasitələri ilə təchiz edilir.
Davamlı insan inkişafı sahəsində bilik və bacarıqlar təbii sərvətlərlə zəngin olan ölkələr üçün xüsusi əhəmiyyət daşıyır. Ölkənin təbii ehtiyatlarının, o cümlədən neft və qaz kimi sərvətlərin zənginliyi davamlı insan inkişafı sahəsində bilik və bacarığın olmasının xüsusi əhəmiyyətindən xəbər verir. Prezident İlham Əliyevin irəli sürdüyü "Neft, qaz Tanrıdan verilən böyük nemətdir, biz bundan uğurla və məharətlə istifadə edirik. Amma təbii sərvətlər tükənə bilər, bilik və bacarıq isə ölkəmizin davamlı inkişafını uzun illər bundan sonra da təmin edəcəkdir. İnkişaf etmiş ölkələrin təcrübəsinə istinad etsək görərik ki, o ölkənin inkişafında aparıcı rol oynayan bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır" kimi konseptual müddəaların əsasında da məhz həmin yanaşma dayanır. Bu fikirləri bəyan etməklə, Prezident əslində, ölkəmizdə biliyin prioritet inkişaf istiqamətini, onun insan inkişafının təmin edilməsi ilə bağlı dövlət siyasətində prioritet təşkil etməsini müəyyənləşdirib.
-Azərbaycan gəncliyi bu gün nə dərəcədə dövlət qayğısıyla əhatə olunub?
-Gənclər hər bir cəmiyyətin gələcəyi dir. Cəmiyyət inkişaf etdikcə gənclərin təfəkküründə də yeniliklər baş verir, yeni təkliflər meydana çıxır. Bu normaldır. Hesab edirəm ki, dövlət hər bir vətəndaşının, o cümlədən, gənclərin yaxşı həyat sürməsi üçün fəaliyyət göstərən bir mexanizmdir. Ölkəmizdə bu mexanizm çox yüksək səviyyədə fəaliyyət göstərir. Yüksək iqtisadi-siyasi inkişaf əldə etmiş Azərbaycanda bu gün gənclərlə bağlı tələblər də fərqlidir. Hazırda, gənclərimizin inkişafı üçün bir sıra proqramlar həyata keçirilir. Gənclərimizə Avropada təhsil almaq üçün yüksək şərait, elmin fərqli sahələri ilə bağlı gənclərin fəaliyyəti üçün geniş imkanlar yaradılıb. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda dövlət siyasətinin tərkib hissəsinə çevrilən gənclər siyasəti mübaliğəsiz demək olar ki, dünyada öndə gedən modellərdən biridir.
- Sizcə, gənclərin daha da maariflənməsi və ictimai fəallığının artırılması istiqamətində hansı tədbirlər görülməlidir?
-Qloballaşan dünyada dolğun və operativ informasiyanın əldə edilməsinin yollarından biri də internetdən istifadə etməkdir. Təcrübə göstərir ki, müasir dünyada digər mübarizə metodlarına nisbətən informasiya mübarizəsi metodu nailiyyət əldə etmək üçün daha effektivdir. Bu baxımdan gənclərlə ideoloji işin aparılması və sosioloji sorğular vasitəsi ilə gənclərin fikirlərinin öyrənilməsi olduqca əhəmiyyətlidir.
- Sizin rəhbəri olduğunuz təşkilat bu və ya digər istiqamətlərdə hansı işlər görür?
- Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması çox önəmli bir məsələdir: QHT-lərin fəaliyyətinə dəstək verilməli, onların fəaliyyəti düzgün koordinasiya olunmalıdır. Çünki söhbət informasiyadan və onun çatdırılmasından gedir. Müasir dünyada informasiya mübarizəsi artıq silahlı mübarizəyə alternativ kimi qiymətləndirilə bilər. Biz eyni hədəfə doğru hərəkət etməklə, birgə elmi potensialımızı, əməkdaşlıq əlaqələrimizi gücləndirməliyik.
- Gənclərin fəaliyyətlərində əsas prioritetlər nə olmalıdır?
- Bu gün bizim hər birimizin vətəndaş borcu milli-mənəvi dəyərlərimizə, doğma torpağımıza, doğma ana dilimizə, mədəniyyətimizə, böyük və zəngin tariximizə, millətimizə sadiq olmaqdan və onu təbliğ etməkdən ibarətdir. Bu vəzifə hər bir azərbaycanlının milli borcu, şərəf işidir. Gənclərin gələcək fəaliyyətlərinin əsasında hesab edirəm ki, məhz bu prinsiplər prioritet təşkil etməlidir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info