“Kim Ermənistanı söyürsə, Rusiya onu mükafatlandırır”
Tarix: 14.01.2014 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


“Ermənistan mövcud olmasına görə Rusiyaya borcludur, bundan sonra da mövcud olmasına görə Rusiyaya minnətdar olmalıdır”

Rusiyanın məşhur telejurnalisti Mixail Leontevin “Rosneft” şirkətində PR məsələləri üzrə vitse-prezident təyin edilməsi Ermənistanda qıcıq yaradıb. Rusiyanın “Birinci” kanalında proqram aparıcısı, eyni zamanda jurnal redaktoru olan Leontevin neft şirkətində vəzifə almasının Ermənistana nə dəxli olduğunu düşünənlərin diqqətinə çatdıraq ki, o, tez-tez erməniləri təhqir edən ifadələr işlətməsi ilə məşhurdur. Ermənistanda ona qarşı olan nifrət də bu açıqlamaları ilə bağlıdır. Ona görə də “Birinci” kanalda işini davam etdirə-etdirə “Rosneft”də vəzifə alması erməniləri özündən çıxarıb. Elə erməni ekspert Qraçya Qalustyan da son məqaləsində bu təyinatı şərh edib.

“Ermənistan Avropaya doğru gedəndə söyüş obyektinə çevrilir. Hər şeylə razılaşanda isə nə istəyirlər onu da edirlər. Bu münasibət-strateji tərəfdaşlıq deyil. Bu əsiri ələ salmaqdır”

Qalustyan yazır ki, Mişa ona tapşırılan işin öhdəsindən layiqincə gəldiyinə görə vəzifə ilə mükafatlandırılıb. Qalustyan “tapşırılan iş” deyərkən erməniləri təhqir etməsini nəzərdə tutur. Leontev öz veb-səhifəsində yazıb ki, “Ermənistan natamam dövlətə ideal nümunədir. Ermənistan indiki vəziyyətinə, mövcud olmasına görə Rusiyaya borcludur. Bundan sonra da mövcud olmasına görə Rusiyaya minnətdar olmalıdır”. Məşhur telejurnalist daha sonra Ermənistanın Avropaya inteqrasiyasını dəyərləndirərək, bunu “sayıqlama” adlandırıb. Onun fikrincə, Ermənistanın Avropaya inteqrasiyası “sayıqlama” olduğu üçün bu ölkə ancaq Avrasiya məkanına inteqrasiya etməlidir və bu, geosiyasi tələbdir. Bu açıqlamaları Ermənistanda onu hədəf halına gətirib. Ona görə də “Rosneft” şirkətində vəzifə alması Qraçya Qalustyanın məqaləsində tənqid atəşinə tutulub. Leontevi alkoqol aludəçiliyində ittiham edən erməni ekspert onu qeyri-ciddi şəxsi kimi təqdim etməyə çalışıb: “Belə bir şəxs Ermənistanı təhqir edib. Buna görə heç kim onu cəzalandırmadı. Onun bu açıqlamalarına cavab verməyə borclu olan şəxslər, o cümlədən Ermənistan rəhbərliyi də susmağa üstünlük verdi. Çünki onun arxasında kimlərin dayandığını yaxşı bilirdilər. Bizim rəhbərliyin gücü ancaq öz xalqına güllə atmağa çatır. “Rosneft” rəhbərliyinə qarşı səs-küy salmağa cürətləri çatmaz. İndi isə Rusiyada Leontevi xidmətlərinə görə qiymətləndiriblər. Ona görə ki, Ermənistanı təhqir edib. O, verilən tapşırıqları layiqincə yerinə yetirdiyi üçün mükafatlandırılıb. “Rosneft” şirkətinin “Mika Limited” şirkətinin Ermənistandakı bütün əmlakını ələ keçirib-keçirməməsi dəqiq bəlli deyil. Bunu dəqiqləşdirmək heç lazım da deyil. Onsuz da Kremlin reallıqda Ermənistana hansı münasibəti göstərdiyi ortadadır. Ən azı Leontev nümunəsi var. Ermənistan Avropaya doğru gedəndə söyüş obyektinə çevrilir. Hər şeylə razılaşanda isə nə istəyirlər onu da edirlər. Kim bizi söyürsə, onu da mükafatlandırırlar. Bu münasibət-strateji tərəfdaşlıq deyil. Bu, əsiri ələ salmaqdır”.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
“Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
16.09.2019
“Müəllim olmaq istəyənlərin sayı artır“
10.09.2019
Vladislav Kanevski: “Azərbaycan beynəlxalq aləmdə güclü oyunçuya çevrilib”
05.09.2019
Ayrı-ayrı Avropa ölkəsində oturan iki müxalifətçinin də internetini hakimiyyət kəsdi?
02.09.2019
Norveçdə keçirilən bələdiyyə seçkilərində Azərbaycan əsilli xanım namizəd iştirak edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info