“Baku Fires” Kubanın “Cuba Domaderos” kollektivi ilə qarşılaşıb
Tarix: 14.01.2014 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


Azərbaycanın “Baku Fires” boks komandası Ümumdünya Boks Seriyası (SB) Liqasında bu mövsümdə ikinci ev görüşünü keçirib.
Beşinci tur çərçivəsində Quba Olimpiya Kompleksində keçirilən qarşılaşmada komandamız Kubanın güclü “Cuba Domaderos” komandasına 3:2 hesabı ilə məğlub olub.
Gərgin mübarizə şəraitində keçən yarışın ilk iki qarşılaşmasında boksçumuz Xamza Nametov (49 kq) Yosbani Veitaya, Məhəmməd Qurbanov (56 kq) isə Robeysi Ramirezə cüzi fərqlə məğlub olublar.
Bundan sonra komandamız ardıcıl iki qarşılaşmada qalib gələrək ümumi hesabı bərabərləşdirməyə nail olub. Əvvəlcə 64 kq-da döyüşən boksçumuz Heybətulla Hacəliyev rəqibi Yasiner Toledoya heç bir şans verməyərək inamlı qələbə qazanıb. Onun ardınca 75 kq-da “Baku Fires”i təmsil edən Xaybulla Musalov kubalı Ramon Luisə qalib gəlib.
Lakin həlledici döyüşdə təmsilçimiz Denis Latipov (91 kq) Erislandi Savonla mübarizədən məğlub ayrılıb ki, bu da kubalıların qarşılaşmada qələbəsini təmin edib.
Bununla da keçirdiyi bütün matçların hamısında qalib gəlmiş “Cuba Domaderos” komandası “A” qrupunun vahid lideridir. Kuba komandasının heyətində Olimpiya Oyunlarının və dünya çempionatlarının mükafatçıları yer alıblar. “Baku Fires” boks komandası yanvarın 18-də Quba Olimpiya Kompleksində növbəti matça çıxacaq. Bu qarşılaşmada komandamızın rəqibi Qazaxıstan boksçuları olacaqlar.




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
İspaniya La Liqası: “Sevilya” öz meydanında “Real Madrid”ə məğlub olub
22.09.2019
Cəbrayıl Həsənov və Şərif Şərifov dünya ikincisi olub
22.09.2019
“Qələbəyə layiq deyildik”
22.09.2019
Qvardiola “Manchester City“nin gələcək baş məşqçisinin adını açıqladı
22.09.2019
Yaponiya komandası 5 topla qrup hərəkətlərində Dünya Çempionatının qızıl medalını qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info